Icma.az
close
up
RU
Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən, amma... Ayxan Abbasov

Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən, amma... Ayxan Abbasov

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu matçına çıxıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransa yığması ilə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır ki, milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq, istəkli olaq. İslandiya oyununda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox istəyirdik. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha da üstümüzə gəldi. Mübarizə gedirdi. Şahruddin Məhəmmədəliyevin zədəsi təsir etdi. Üçüncü qol zamanı istəyirdi sona qədər dayansın. Üçüncü qolda kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Tsikl bitdi. İrəliyə baxacağıq".

- Mustafa Əhmədzadəni meydana buraxmaq nə ilə əlaqədar idi?

- Mustafanın əvəzinə təcrübəli futbolçular var idi, buraxmaq olardı. İnanın ki, İslandiya matçında onu əsas heyətdə fikirləşirdik. Emin Mahmudov olmasaydı, meydana o çıxacaqdı. Gənc futbolçuları milliyə dəvət edəndə, göstəriş üçün etmirik, inanırıq. Mustafanın böyük potensialı var.

Xəyal Əliyev son iki matçda start heyətində oynadı. Onun performansından razı qalmısız?

- Xəyal haqq edir. İki matçda da yaxşı performans göstərdi. Futbolda detallar var ki, ona oyun lazımdır. Bunun üzərində işləyirik. Xəyal millinin əsas üzvlərindən birinə çevrildi.

- Azərbaycan millisi bu tsikldə nələrə nail oldu?

- Bilirdik ki, çətin qrupdayıq. Püşkatmadan sonra Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. Faciəni tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər şeyə qarşı mübarizə aparmaq olar. Futbolda çox sürətlə inkişaf edir. İstəkli olmasan, taktiki düz oynamasan, təsir edir. 4 oyunda taktiki baxımından oyunçularda irəliləyiş var. Oyunçularımıza inam da gəldi.

- Hesabda 1:3 geridə olanda Abbas Hüseynov cinah yarımmüdafiəçisi kimi oynadı. Orada Rüfət Abdullazadəni də orada düşünmək olardı. Abbası təcrübəsinə görə meydana buraxdız?

- Oyundan öncə fikirlərimiz var idi. Şahruddini dəyişmək firkimiz yox idi. Xəyal Əliyev, Qismət Alıyev, Renat Dadaşov da yorulmuşdu. Səbr edirdik. Renat oyundan çox düşmüşdü. Qismət Alıyevə kömək üçün ora Abbası buraxdıq. İkinci hissənin son dəqiqələrində sağ cinahda aut qazandıq, pressinq etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüfiəçi kimi oynamasında problem yox idi. Oyunun axarı onu istədi.

- Futbolçu nəsili demək olar ki, yetişmir. AFFA ilə müqaviləni necə imzaladığınız açıqlanmayıb. Millidə qalsaz, hansı müddətdə hansı plan düşünəcəksiz? Millini D divizionundan C divizionuna yüksəltmək, yoxsa ən aşağı bazada nəyəsə nail olmaq?

- Biz ilk olaraq, D liqasından qalxmalıyıq. Oradakı rəqiblər imkan verir ki, başabaş mübarizə aparaq. Problemlər çoxdur. Biz istəyirik ki, futbolçular tam formada olsunlar. Millinin ən az seçimi olan vaxtı idi. Geniş seçim deyildi. Oyundan qabaq desəydim, başqa cür başa düşülərdi. Sağ cinahda çox fikirləşdik ki, nə edək? Abbas formada olsa, milliyə çox kömək edər. Tək Qismətdir. Hücum xəttində oynayanlarımızın klublarında daimi oynaması vacibdir. Futbolçular klubda daim oynasalar, millidə çətinlik çəkməyəcəklər. Fikrimiz var, danışırıq. Bəzi detallar var, gələcəkdə tam aydın olacaq. Klubların da üzərinə iş düşür. Futbolun inkişafından danışırıqsa, belədir. Uzun söhbətdir. Qısa vaxtda demək lazımdırsa, əl-lə verməliyik. Futbolun inkişafı tək AFA-dan asılı deyil. Gənclər klubda yetişir. Bunu da bilirik. Təəssüf ki, addımı yavaş atırıq.

- Tsikl başa çatdı. Komandaya çox çətin vəziyyətdə gəlmişdiz. Bundan sonra taleyiniz necə olacaq, AFFA rəhbərliyi milliyə verdiyiniz töhvələri nəzərə alacaq? Sizi Millətlər Liqasında millinin başında görəcəyik?
İnşallah. Səbr edək. Ağır durumdaydıq. Ukrayna oyunu öncəsi 1 gün vaxtımız var idi ki, oyunçuları hazırlayaq. Qısa vaxtda futbolçuları inandırmaq lazım idi. Qrupumuz çətin idi. Mübarizə var. Oyundan-oyuna hücumda istəyimiz var, çalışırıq. Vaxt da azdır. Nəyəsə nail olmaq istəyiriksə, vaxt olacaq. Yaxın zamanda dediyniz suallara aydınlıq gələcək.

Tsikl başa çatdı. Komandaya çox çətin vəziyyətdə gəlmişdiz. Bundan sonra taleyiniz?
İnşallah. Səbr edək. Ağır durumdaydıq. Ukrayna oyunu öncəsi 1 gün vaxtımız var idi ki, oyunçuları hazırlayaq. Qısa vaxtda futbolçuları inandırmaq lazım idi Qrupumuz çətin idi. Mübarizə var. Oyundan-oyuna hücumda istəyimiz var, çalışırıq. Vaxt da azdır. Nəyəsə nail olmaq istəyiriksə, vaxt olacaq. Yaxın zamanda dediyniz suallara aydınlıq gələcək.

- Əsas problem bir sıra futbolçuların klublarında oynamamasıdır. Onlar görünür ki, pulu düşünürlər. Həmin futbolçulardan hansısa birini "Şamaxı"ya gətirmək fikriniz var?

- Gəlsələr, hamısını götürüərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. Klublarında da rəqabətdə olmalıdırlar. Bu dəqiqə ən böyük çatışmazlığımız bu idi. Milli futbolçuları ideal formada olsa, zədəli olmasalar, potensial yüksəkdir.

- Millətlər Liqasında hücum futbolu görəcəyik millidən?

- Hücum və müdafiə futbolu söhbəti birinci yerdə dayanır. Oxuyuram, baxıram, dəbdə olan söhbətdir. Xahiş edirəm futbollara diqqətlə baxın. ÇL-də bəzi komandalar var ki, "Mlan", "Yuventus" harada, necə müddafiə olunur. Burada fikir dəyişməlidir. Birinci hissədə Fransanı rəqib tərəfdə sıxmaq istədik. Fransa , Ukrayna və İslandiya bu qədər hücum etməmişdi. Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən. Amma bunun üçün müdafiədə də etibarlı oynamalısan.

- Matçdan öncə məşqdə Sərxan Hacıyevlə söhbət edirdiz. Gələcəyinizlə bağlı söhbət idi?

- Gələcəklə bağlı ayaqüstü söhbət olmur, oturmalıyıq(gülür). AFFA rəhbərliyi hər məşq,oyunqabağı söhbətlər olur, futbolçuların yanındadırlar. Onlara təşəkkür edirəm. Fransa ilə oyundan danışırdıq.

- Mətbuata qarşı həmişə yaxşı olmusuz. Sizin futbolçularınızda belə deyil. Anton Krivotsyuk, Renat Dadaşov mətbuata hörmətsizlik edirlər. Millidə vətənpərvər ruhu oyandırırıq. Bu da onun bir hissəsidir. Ricam odur ki, bu məsələni futbolçularla danışasınız...

- Birinci dəfədir eşitdim. Ola bilər. Nəzərimizdə olar, bu barədə futbolçularla danışırıq. Həmişə deyirik ki, futbolçular mətbuatdan qaçmasınlar.

- Rza Cəfərovu "Şamaxı"ya gətirib, Rikardo Fernandesi ehtiyatda saxlayarsız?

- Bu yay olsaydı, fikirləşərdik. Bəlkə də Rikardonu milliləşdirək?(gülür).

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Noyabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9599

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see561

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see232

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see167

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see160

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see156

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see138

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see130

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see121

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see120

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri