Qələbədən sonra Parisdə iğtişaşlar Yüzlərlə saxlanılan var Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın paytaxtı Parisdə PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra küçələrdə gərginlik yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, bayram əhvali-ruhiyyəsi bəzi ərazilərdə iğtişaşlarla əvəzlənib, nəticədə onlarla insan saxlanılıb.
Fransa hakimiyyəti matçla əlaqədar ölkə üzrə 22 min, Parisdə isə 8 min polis əməkdaşının xidmətə cəlb edildiyini açıqlayıb. Təhlükəsizlik tədbirləri ötən il PSJ-nin Avropa uğurundan sonra baş verən kütləvi iğtişaşlar nəzərə alınaraq gücləndirilib.
Məlumata görə, oyun başa çatmamış polis 2216 nəfəri yoxlama məqsədilə saxlayıb, 89 nəfərə isə inzibati cərimə tətbiq olunub. Sonradan baş verən hadisələrlə əlaqədar daha 45 nəfər saxlanılıb, onlardan 13-ü barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları 24 yandırıcı vasitə və 100-ə yaxın fişəng müsadirə edib. Parisin mərkəzində yerləşən Şanzelize prospekti yaxınlığındakı avtobus dayanacağına ziyan vurulub, bir polis əməkdaşı isə xəsarət alıb.
PSJ-nin qələbəsindən sonra şəhərin müxtəlif nöqtələrində atəşfəşanlıqlar təşkil edilib. Hakimiyyət orqanları “Parc des Princes” stadionu yaxınlığında yerləşən bir çörək sexi və restoranın da zərər gördüyünü bildirib. Təxminən 4-5 min azarkeşin toplandığı ərazidə polisə müxtəlif əşyalar atıldığı qeyd olunub.
Polisin məlumatına görə, təxminən 150 nəfər stadionun giriş qapılarından birindən içəri daxil olmağa cəhd göstərsə də, təhlükəsizlik qüvvələri bunun qarşısını alıb.
Hadisə yerində olan jurnalistlər azarkeşlərlə polis arasında toqquşmaların yaşandığını, təhlükəsizlik qüvvələrinin isə onlara atılan fişənglərdən sonra gözyaşardıcı qazdan istifadə etdiyini bildiriblər.
Fransanın daxili işlər naziri Loran Nunez zorakılığın qarşısını almaq üçün “çox güclü və genişmiqyaslı təhlükəsizlik planının” həyata keçirildiyini vurğulayıb.
Xatırladaq ki, ötən il PSJ-nin Avropa uğurundan sonra keçirilən bayram tədbirləri zamanı Şanzelize prospekti də daxil olmaqla, bir sıra ərazilərdə mağazalar talan edilmiş, ölkə üzrə 563 nəfər saxlanılmışdı.
***
PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra Fransada keçirilən bayram tədbirləri zamanı yaranan iğtişaşlar nəticəsində 426 nəfər həbs olunub, 7 polis yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 31 May 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















