Icma.az
close
up
RU
“Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol” elmi konfrans

“Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol” elmi konfrans

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 aprel, AZƏRTAC

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin və Qazaxıstanın “Atamın əmanəti” İctimai Təşkilatının birgə təşkilatçılığı ilə “Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Qazaxıstanın alim, veteran və ictimai xadimlərinin iştirakı ilə keçirilən tədbir İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyinə, Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunub.

Tədbirin moderatoru Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini dosent İlqar Niftəliyev beynəlxalq konfransda “Azərbaycanda müharibənin xatirəsi və nəsillərin varisliyi” mövzusunda çıxış edib.

Sonra Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri dosent Güllü Yoloğlunun “Qələbədən Zəfərə dəyişən Türk dünyası” mövzusunda çıxışı dinlənilib.

“Atamın əmanəti” İctimai Təşkilatının həmtəsisçisi, Rusiya Avrasiya Xalqları Assambleyasının Nəsil Mədəniyyəti Komitəsinin həmsədri, hüquqşünas Aliyə Saqımbayeva “Müharibənin uzunmüddətli sosial-psixoloji nəticələrinin nəsillərin davranış modelinə təsiri” mövzusunda danışıb.

Qazaxıstanda fəaliyyət göstərən Qarabağ Müharibəsi Veteranları Birliyinin Astana şəhəri üzrə təşkilatının sədri Yerjan Aytıkov tədbirə onlayn qoşularaq təəssüratlarını bölüşüb.

“Atamın əmanəti” İctimai Təşkilatının həmtəsisçisi Musina Saule “1941-1945-ci illər müharibəsində itkin düşmüş babaların axtarışı və RMK-nın psixotexnologiyası”, filoloq, telejurnalist, Mustafa Şokay nəslinin davamçısı Qulbarşın Zairova “Mustafa Şokayın sovet təbliğatına qarşı mübarizəsi” mövzusunda çıxış ediblər. Rusiya Federasiyası Beynəlxalq Elmlər Akademiyasının ekologiya və bioresurslar üzrə müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Qazaxıstan və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Kenjina Nasixa “Qarabağ bir qazaxıstanlı qadının gözü ilə” mövzusunda danışıb.

Tarix və Etnologiya İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Raisa Cəfərovanın “ALJİR”də məhbus həyatı yaşamış azərbaycanlı qadınlar”, Qərbi Azərbaycan tarix” şöbəsinin müdiri dosent Cəbi Bəhramovun “1941-1945-ci illər müharibəsində alman faşizmi üzərindəki qələbədə Azərbaycan xalqının töhfəsi”, BDU-nun doktorantı Xəyalə Şabanovanın “Azərbaycan legionunun 1941-1945-ci illər müharibəsindəki fəaliyyəti” mövzusunda məruzələri dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri