“Qələbəni atama həsr edirəm” Cavadlı
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yunan-Roma güləşi üzrə U17 millimiz Avropa çempionatını 6 medalla başa vurub.
Futbolpress.az xəbər verir ki, Bolqarıstan Samokov şəhərində keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əli Cavadlı (45 kq) təəssüratlarını bölüşüb:
“Avropa çempionu olduğum üçün çox sevinirəm. Yarışa uğurlu başladım. İlk görüşüm Bolqarıstan idmançısına qarşı oldu və 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldim. 1/4 finalda Ermənistan təmsilçisini 7:1 hesabı ilə məğlub etdim. Yarımfinalda Gürcüstan güləşçisinə 7:6 hesabı ilə qalib gəldim. Finalda isə Rusiya idmançısını 9:1 hesabı ilə məğlub edərək qızıl medal qazandım. Finalda güləşi hücum uslubunda qurdum. Görüş başlayandan aktivliyi mən aldım və parter vəziyyətində üstünlük əldə edərək qələbə qazandım. Bu qələbəni şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas hədəfim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 May 2026 10:49 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları