Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

QƏLƏBƏNİN SINAĞI... Azər Rəşidoğlunun YAZISI

QƏLƏBƏNİN SINAĞI... Azər Rəşidoğlunun YAZISI

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Beynəlxalq hüquq bəzən bir həqiqəti tanıyır, lakin onun həyata keçirilməsinə nail ola bilmir. Qətnamələr qəbul olunur, bəyanatlar səslənir, diplomatik masalarda gələcəkdən danışılır. Həyat isə gözləmir, zaman keçir, nəsillər dəyişir, ədalətin bərpasını gözləyən insanlar ömürlərini başa vururlar. Beləcə, hüququn müəyyən etdiyi ilə siyasi reallığın imkan verdiyi arasında uçurum yaranır. Biri nə olmalı olduğunu göstərir, digəri isə nəyin mümkün olduğunu.

Azərbaycan bu uçurumu uzun illər yaşadı. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə və 2023-cü ilin sentyabrında Qarabağ üzərində suverenliyin tam bərpası ölkənin tarixində yeni mərhələ açdı. Eyni zamanda, dünya siyasətinin əsrlərdir cavab axtardığı bir sualı yenidən gündəmə gətirdi - haqqı güc yaradır, yoxsa güc haqqı həyata keçirir?

Bu sualın tarixi müasir beynəlxalq hüquqdan xeyli qədimdir.Qədim yunan tarixçisi Fukidid «Peloponnes müharibəsinin tarixi» əsərində Afina ilə kiçik Melos adasının nümayəndələri arasındakı məşhur dialoqu təsvir edir. Afinalılar gücün və imkanların dilində danışır, meloslular isə ədalətə və neytrallığa ümid bəsləyirlər. Tərəflər eyni məsələyə fərqli mövqelərdən yanaşırlar: biri siyasi reallığı, digəri haqqın üstünlüyünü müdafiə edir.

Melos dialoqunun faciəsi ondadır ki, haqlı olmaq qalib gəlmək üçün həmişə kifayət etmir. Fukidid minilliklər əvvəl siyasətin dəyişməyən ziddiyyətini göstərirdi-ədalətə inanmaqla onu qorumaq imkanı eyni şey deyil.

Əsrlər sonra insanlıq beynəlxalq hüquq normaları yaratdı, Birləşmiş Millətlər Təşkilatını qurdu, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qoruyan prinsiplər müəyyənləşdirdi. Lakin hüququn mövcudluğu ilə onun işləməsi arasındakı məsafə aradan qalxmadı.

Azərbaycanın təcrübəsi bunun konkret nümunəsidir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edildi. Bu sənədlərdə hərbi əməliyyatların dayandırılması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və münaqişənin sülh yolu ilə həlli ilə bağlı tələblər əksini tapırdı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüququn prinsipləri ilə təsbit olunurdu. Lakin hüquqi mövqenin tanınması münaqişənin öz-özünə həllinə gətirib çıxarmadı.

Qətnamələr mövcud idi, danışıqlar aparılırdı, vasitəçilik səyləri göstərilirdi. Çatışmayan isə bu prosesləri real siyasi nəticəyə çevirəcək təsirli mexanizmlər və iradə idi.

Beynəlxalq siyasət yalnız hüquqi prinsiplərlə işləmir. Dövlətlərin maraqları, güc nisbəti və siyasi iradə də qərarların taleyini müəyyənləşdirir. Hüquq dövlətin haqqını tanıya bilər, lakin həmin haqqın gerçəkliyə çevrilməsi üçün siyasi iradə, real imkanlar və ardıcıl strategiya lazımdır.

Burada mühüm bir fərq var- güc haqq yaratmır, amma haqqın həyata keçirilməsinə imkan verə bilər. Eyni zamanda, gücün mövcudluğu öz-özlüyündə haqlı olmağın sübutu deyil.

2020-ci ilin Vətən müharibəsi Azərbaycanın qarşısında uzun illər dayanmış tarixi məsələnin həllində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu ərazilərin əhəmiyyətli hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında baş verən hadisələrdən sonra isə Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdi.

Bu nəticəni yalnız hərbi qələbə ilə izah etmək olmaz. İqtisadi imkanlar, hərbi hazırlıq, dövlət quruculuğu, siyasi iradə və uzunmüddətli strategiya bir-birini tamamlayan amillər idi. Azərbaycan öz gələcəyini yalnız beynəlxalq qərarların icrasını gözləməyə bağlamadı, məqsədinə çatmaq üçün zəruri imkanlarını formalaşdırdı.

Nikkolo Makiavellinin «Hökmdar» əsəri də bu kontekstdə əhəmiyyət qazanır. Makiavelli siyasəti yalnız arzuolunan məqsədlər baxımından deyil, həmin məqsədlərə çatmaq üçün mövcud imkanlar və siyasi reallıq baxımından da düşünməyə çağırır. Fukidid gücün ədaləti sıxışdırmaq təhlükəsini göstərirdisə, Makiavelli siyasi məqsədlərin həyata keçirilməsində real imkanların rolunu önə çəkirdi.

Bu yanaşmaların kəsişdiyi nöqtədə dövlətçiliklə bağlı mühüm nəticə ortaya çıxır-hüquqi əsaslar haqqın legitimliyini müəyyənləşdirir, siyasi iradə və imkanlar isə onun həyata keçirilməsində həlledici rol oynaya bilər.

Ancaq burada prinsipial bir sərhəd var. Gücün nəticə verməsi onun bütün addımlarını avtomatik olaraq haqlı etmir. Əks halda, beynəlxalq hüquq yalnız qüdrətli dövlətlərin maraqlarına uyğun gələndə xatırlanan sənədlər toplusuna çevrilərdi. Belə bir dünyada zəif dövlətlərin suverenliyi prinsip deyil, böyük güclərin münasibətindən asılı olan imtiyaz olardı.

Hüquq gücsüz qalanda təsirini itirə bilər, güc hüquqi və siyasi məsuliyyətdən kənarda qalanda isə yeni təhlükələr yarada bilər. Davamlı beynəlxalq nizam bu anlayışlardan birinin digərini əvəz etməsi ilə deyil, gücün hüquq və məsuliyyətlə uzlaşması ilə mümkündür.

Azərbaycanın qələbəsi tarixi mərhələni başa çatdırdı, lakin yeni mərhələnin vəzifələrini də qarşıya qoydu. Çünki ərazi üzərində suverenliyin bərpası ilə davamlı sülhün qurulması eyni məsələ deyil.

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində suverenliyini tam bərpa etməsindən sonra bölgədə yeni reallıq yarandı. Erməni əhalisinin əhəmiyyətli hissəsinin bölgəni tərk etməsi isə müharibədən sonrakı dövrün humanitar və siyasi çağırışlarını gündəmə gətirdi. Bu proseslərin qiymətləndirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi, eləcə də regionda davamlı sülhün təmin olunması kontekstində aparılmalıdır. BMT-nin bölgəyə səfər edən missiyası əhalinin gedişindən sonra yaranmış vəziyyəti, ehtiyacları və çətinlikləri qiymətləndirdi. Bu reallığı qeyd etmək Azərbaycanın ərazi bütövlüyünün bərpası faktını dəyişdirmir. O, sadəcə xatırladır ki, müharibədən sonrakı dövrün qiymətləndirilməsi siyasi nəticələrlə yanaşı, humanitar məsələləri və gələcəkdə etimadın necə qurulacağını da əhatə etməlidir.

Azərbaycan qarşısında indi azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, təhlükəsizliyin möhkəmləndirilməsi və regionda davamlı sülhün təmin olunması kimi mühüm vəzifələr dayanır. Bunlar qələbədən sonrakı ikinci dərəcəli məsələlər deyil. Tarixi nəticənin gələcək nəsillər üçün hansı məna daşıyacağını məhz bu vəzifələrin necə yerinə yetirilməsi müəyyən edəcək.

Alber Kamyunun «Taun» romanında insanın böyüklüyü təhlükə qarşısında üzərinə düşən məsuliyyəti qəbul etməsində üzə çıxır. Fəlakətə müqavimət göstərmək vacibdir, lakin həyatı yenidən qurmaq da eyni dərəcədə əhəmiyyətlidir. Dövlətlərin tarixində də qələbənin mənası yalnız əldə olunan nəticə ilə deyil, həmin nəticənin hansı gələcəyə çevrildiyi ilə ölçülür.

Məhz burada qələbənin başqa bir sınağı başlayır- əldə edilən üstünlüyü qorumaq, yeni qarşıdurmaların qarşısını almaq və siyasi nəticəni sabitliyin əsasına çevirmək. Bu, keçmişdə qazanılan uğuru kiçiltmək deyil, onun tarixi əhəmiyyətini gələcəyə daşımaqdır.

Dünya siyasətində ikili standartlar, seçici ədalət və beynəlxalq mexanizmlərin təsirliliyi barədə mübahisələr bundan sonra da davam edəcək. Dövlətlər öz maraqlarını müdafiə edəcək, güc nisbəti dəyişəcək, yeni siyasi ittifaqlar yaranacaq. Ancaq bütün bu dəyişikliklərə baxmayaraq, əsas prinsip dəyişmir: hüquq yalnız kağız üzərində qalmamalı, güc də özünü hüququn əvəzi hesab etməməlidir.

Fukididin Melos dialoqundan bu günə qədər insanlıq böyük elmi və texnoloji tərəqqi yolu keçib. Bununla belə, siyasətin ən qədim dilemması hələ də yaşayır- haqlı olmaqla qalib gəlmək arasındakı məsafəni necə aradan qaldırmaq olar?

Azərbaycanın təcrübəsi göstərdi ki, dövlətin haqqını həyata keçirməsi üçün iradə, imkan və düşünülmüş strategiya vacibdir. İndi isə tarixin növbəti sınağı əldə edilmiş nəticəni davamlı sülhə, təhlükəsizliyə və quruculuğa çevirməkdir.

Çünki tarix yalnız kimin qalib gəldiyini qeydə almır. Zaman keçdikcə başqa bir sual da verir: qələbə qazanan tərəf həmin qələbə ilə nə etdi?

Bəlkə də gücün ən böyük sınağı başqasını məğlub etmək deyil, qələbədən sonra elə bir gələcək qurmaqdır ki, əldə edilmiş haqqı qorumaq üçün yeni müharibəyə ehtiyac qalmasın…

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri