Icma.az
close
up
RU
Qələbəsinə məğlub olan prezident

Qələbəsinə məğlub olan prezident

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moldovada hakim partiya yenə də məğlubiyyətə bərabər qələbə qazandı.

Səslərin 99,86 faizi sayıldıqdan sonra məlum oldu ki, Prezident Mayya Sandu 55,41 faizlə rəqibi Aleksandr Stoynoqloya qalib gəlib. Sosialistlər Partiyasının namizədi 44,59 faizlə uduzub.

Mayya Sandu Avrointeqrasiya referendumunda da belə kövrək qələbə çalmışdı. Hətta indikindən də kövrək. Lehinə səslər heç 50+1 faizə çatmamışdı. Cəmiyyət tən ortadan bölündü. Daha doğrusu, Sandu ölkə içində uduzmuşdu. Sadəcə, keçmiş baş prokurora Qərb ölkələrində yaşayan moldovanların hesabına qalib gələ bildi. Eynilə də prezident seçkilərinin ikinci turunda ölkə içində 48,8 faiz səs toplamışdı. Rəqibi isə Moldovanı içəridən götürdü: 51,2 faiz. Amma yenə də Qərb moldovanlarının səsi həlledici oldu.

Bu, o deməkdir ki, Mayya Sandu yenə də mübahisəli bir qələbə qazanıb. Düzdür, prezident postunda qala bilib. Ancaq ölkə içində ala bilmədiyi səslər ona qarşı çox güclü müxalifətin formalaşdığını göstərir. Həm də bu, təkcə Stoynoqlo, Filat, Dodon, Şor və sair kimi ayrı-ayrı şəxslər deyil, xalq özü Sanduya qarşı müxalifətə keçib. Ayrıca Qaqauziya kimi bölgə, ayrı-ayrı mühüm şəhərlər prezidentə qarşı müxalifdir; seçkinin nəticəsi də göstərdi. Bu müxalifətlə başa çıxmaq Sandu üçün çətin olacaq; istədiyini rahatlıqla həyata keçirə bilməyəcək. Qərb ölkələrində yaşayan moldovanlar o ölkələrin çörəyini yeyir; Stoynoqloya səs verməyi Putinin lehinə, Qərbin əleyhinə səs vermək kimi anlayır. Ona görə də Sanduya səs veriblər. Ancaq bu, əslində böyük hesabla situativ olaraq, heç nəyi dəyişməyib. Onsuz da Moldovanın Avropa İttifaqına qəbul edilməsi ən yaxşı halda bir neçə il çəkəcək. O zamana qədər bölgədə hansı durum yaranacağını heç kim proqnozlaşdıra bilməz. Ukraynadakı müharibə artıq nəinki Rusiya-Ukrayna trekindən çıxıb, Şimali Koreya əsgərlərinin Ukraynada Rusiyanın köməyinə gəlməsi ilə o, artıq Avropa ilə Asiya arasında qitələrarası müharibəyə çevrilmək ərəfəsindədir. Bu proseslər fonunda Moldova kimi kiçik ölkədə rusofobların, Avropafillərin qələbəsi çox xırda görünür...

Seyid Əhmədli, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri