Qəndildən Öcalana cavab: Kimsənin şübhəsi olmasın, PKK ləğv ediləcək
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
PKK (terror təşkilatının) lideri Abdullah Öcalanın çağırışına əməl edəcəyik.
Teleqraf xəbər verir ki, bunu KCK lideri Mustafa Karasu deyib.
Karasu Öcalanın silahı buraxma çağırışından sonra lazım olanı edəcəklərini bildirib:
“Bu əməyə cavab verəcəyik, həmişə rəhbərliyin əməyinə cavab vermişik, biz belə bir hərəkatıq. Ola bilsin, çatışmazlıqlarımız olub, amma həmişə rəhbərliyin səylərinə onun ideoloji-siyasi xəttinə uyğun cavab vermişik. Bundan sonra da belə olmağa davam edəcəyik.
PKK çağırışa qulaq asacaq. PKK-nın siyasətini və ideologiyasını rəhbərlik müəyyən edir. Bu baxımdan rəhbərlik bu hərəkatın nə edəcəyini və nə etməyəcəyini müəyyənləşdirir. Rəhbərliyin irəli sürdüyü transformasiyanı, PKK-nın ləğvi, silahlı mübarizəni dayandırmağı reallaşdıracağıq. Bu barədə heç kimin şübhəsi olmamalıdır”.
Xatırladaq ki, KCK, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) kimi terror təşkilatları daxildir. KCK-nin mərkəzi İraqın şimalında (Qəndil dağı) yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















