Qənimət Zahidovun məhkəməsi: ittiham aktı elan edildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Axar.az Teleqraf-a istiandən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Qiyabi məhkəmə presesi qapalı keçirilir.
Növbəti proses dekabrın 23-də davam edəcək.
Qeyd edək ki, Zahidov Qənimət Səlim oğlu Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.
İttihama görə, Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















