Icma.az
close
up
RU
Qənirə Ataşova saxta həkimlərdən danışdı Video

Qənirə Ataşova saxta həkimlərdən danışdı Video

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastının növbəti qonağı ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova olub.

Axşam.az xəbər verir ki, o, Azərbaycanda artan plastik əməliyyat dalğasından və bu sahədəki saxtakarlıqlardan danışıb:

"Hər dəfə Bakıya gələndə burada çox dəyişkən qadınlar görürdüm. İki gün əvvəl bir kino mərkəzinə getmişdim, orada da mən eyni bədən quruluşlu xanımlar gördüm. Bizim o qədər də hündür boyumuz yoxdur axı, bizim özümüzə uyğun fiquramız var. Soruşdum ki, necə belə bizim qadınlar dəyişə bilər? Dedilər, Azərbaycanda plastik əməliyyatlar çox ucuzdur. Beləcə, bu mənim yaddaşımın bir kənarında qaldı".

Ataşova bildirib ki, daha sonra bir kitab təqdimatında tanış olduğu müəllimin danışdıqları onu araşdırma aparmağa vadar edib:

"Müəllim hərbiçi yoldaşı ilə tez-tez yerlər dəyişirmiş. Bakıya qayıdanda müəllim kimi iş tapa bilməyib və bir klinikada  işləməyə başlayıb. Orada bir cərrah onlara əməliyyat üsullarını öyrədirmiş. Müəllim deyir ki, birdən ayıldım mən cərrah deyiləm, şagirdlərimə dürüstlüyü öyrədən biriyəm, bunu necə edə bilərəm? Beləcə, işdən çıxıb. Amma onunla bərabər öyrənənlər indi müxtəlif klinikalarda işləyir. Ali təhsilli həkim həkim olmayanlara cərrahlığı öyrədir.

Sonra gördüm ki, bu saxtakarlığın kökü daha dərindədir. Ziyalı bildiyimiz bəzi həkimlər saxta sənədliləri yetişdirib, hətta öz diplomlarını da saxtalaşdırıblar. Bu prosesin içində təkmilləşdirmə institutları da var. Daha irəli gedəndə isə möhür vuran dövlət orqanlarının adları üzə çıxır. Yəni saxtakarlıq sistem səviyyəsinə qədər gedib çıxıb. Siyahı mənə gəldi".

Q.Ataşova əlavə edib ki, o, bu mövzuya şəxsi maraqla deyil, peşəkarlıq hissi ilə yanaşıb:

“Heç vaxt sifarişlə işləməmişəm. Məni tanıyan ANS kollektivi bilir ki, başladığım araşdırmanı sonuna qədər aparıram. Hələ ANS dövründən araşdırmaçı jurnalist kimi tanınmışam. Burada da gördüklərimdən sonra hər şeyi yoxladım: həkimin təhsilindən tutmuş, otağında asdığı sertifikata qədər. Necə ola bilər ki, stomatoloq sabah cərrah sertifikatı alır? Diplomsuz həkimin yanında dayanmaram. Həmişə müraciət etdiyim və şəfasını gördüyüm həkimləri açıq şəkildə paylaşmışam".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://axsam.az
archiveBu xəbər 12 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri