Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Qənirə Ataşova: Xatirə İslam dedi ki, bacıma dəymə ŞOK AÇIQLAMALAR

Qənirə Ataşova: Xatirə İslam dedi ki, bacıma dəymə ŞOK AÇIQLAMALAR

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, ABŞ-yə köçən aparıcı Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşıb.

Bununla da keçmiş jurnalist bu sahədə baş verən problemlərə, tibbi təhlükəsizlik məsələlərinə diqqət çəkməyə çalışıb.

Bəs saxta diplomlu həkimlərin siyahısı necə ortaya çıxdı? Qənirə Ataşova niyə məhz indi həmin siyahını açıqladı?

Qənirə Ataşova Musavat.com-un bu və digər suallarını cavablayıb.

- Necə oldu ki, Bakıdakı saxta diplomlu həkimlər barəsində araşdırma aparmaq qərarına gəldiniz?

- Sosial şəbəkələrdə özünü bloger, həkim və sairə adlandıran bir xanımın tez-tez vaginoplastik prosedurlarla bağlı açıq-aşkar paylaşdığı videolarla qarşılaşırdım. Düşündüm ki, bu xanım kimdir ki, otağında ədəbsizcəsinə xalqımızın qadınlarını videoya çəkir. Onun haqqında araşdırma apardım və məlum oldu ki, Günel Əzizova nəinki həkim, heç tibb işçisi deyil, amma özəl klinikalarının birində vaginasiya və vaginaplastika kimi ciddi əməliyyatlar edir. Bununla bağlı özünə və xəstəxanaya sorğular yazdım. Bu zaman müğənni Xatirə İslam mənə səs göndərdi ki, "Günel Əzizova mənim bacımdır, ona toxunma, onun kurslarının pulunu mən özüm ödəmişəm". Onun çalışdığı klinika da "feyk"dir. Həmin klinika vaxtilə ölkənin güclü nazirlərindən birinin əhatəsində olub, sonra isə kiməsə satılıb.

Günel Əzizovanın özü əməliyyat apara bilmədiyindən, işə peşəkar cərrahları cəlb edir və pulu onlarla yarı bölür. Yəni əslində klinikaya xəstə cəlb edən, aldadanıdır. Xalqın sağlamlığı üzərində "bazarlıq" etmək olmaz! Dövlətin bir nəzarət mexanizmi olmalıdır ki, hər yerindən duran özünə həkim deməsin.

Beləliklə də mən öyrəndim ki, insanlar kurs keçərək, Bakıda əyninə tibb xalatı geyinib, əməliyyatlara, müayinələrə girir, insanların taleyi ilə oynayır.

Sosial media üzərindən araşdırmalar apararkən xeyli insanlar mənə yazmağa başladı. Onların arasında daha çox uğursuz plastik əməliyyatlardan əziyyət çəkənlər idi. Həmin şəxslər özlərinə artıq vəkil tutublar və mən də onların vəkilləri danışarkən qalmaqala səbəb olan siyahıya gəlib çıxdım.

Məlum olduğu kimi, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar rezidentura keçmədən istisas dəyişimi edib, estetik cərrah oldular? Sizcə, 9 günə ixtisas dəyişimi etmək olarmı? Bir vətəndaş kimi şəxsən siz öz taleyinizi 9 günə ixtisas dəyişən həkimə həvalə edərdiniz?

- Amma vətəndaşlar da öz sağlamlıqlarına məsuliyyətli yanaşıb, müraciət edəcəkləri həkim barəsində bir qədər araşdırma aparmalıdır...

- Axı necə? Bunu vətəndaş necə bilsin? Vətəndaş düşünür ki, müraciət etdiyi həkim ixtisaslaşmış həkimdir. Onun haqqında necə araşdırma aparsın? Bu haqda araşdırma aparmaq vətəndaşın borcu deyil. Həkimləri işə götürən xəstəxanalar qanunun tələblərini yerinə yetirməli, qanuna uyğun davranmalıdır. Əgər xəstəxanalar rezidentura bitirməyən həkimləri işə götürməkdən imtina edərsə, daha kimlərsə müxtəlif yollarla sənəd alıb, plastik cərrah kimi işləməyə çalışmaz, bunun qarşısı alınmış olar.

Təbii ki, çox gözəl həkimlərimiz, ümumi cərrahlarımız var, onları dəyərləndirirəm. Həmin həkimlər maddiyyat üzündən ixtisas dəyişimi etmək məcburiyyətində qalıblar. Amma təəssüf ki, diplomsuz həkimlər də var və onlar səhiyyə sisteminin adını "qaralayır".

- Uzun müddətdir ki, Amerikada yaşayırsınız. Orada da diplomsuz həkim və ya tibb işçisi problemi varmı, üzləşmisinizmi?

- Hazırda yoxdur. Amma bir müddət əvvəl Floridada xeyli insana tibb işçisi adı altında saxta diplom verilmişdi və bu, böyük qalmaqala səbəb olmuşdu. Saxta diplomu verən və alan hər kəs məhkəmə qarşısında cavab verməli olmuşdu. Amerikada tibb bacısı olmaq üçüb 4 il tibb universitetində təhsil alırlar. Bu təhsili almadan heç cür hansısa klinikaya işə düzələ bilməzsən. Buna cəhd etsən, cinayət məsuliyyətindən yaxa qurtara bilməzsən. Buna görə əmlakın müsadirə olunması və 20 ilədək həbs cəzası var.

Daha bir məsələ, Amerikada tibbi vəkillər var. Azərbaycanda isə bu sfera boşdur.

Tibbi vəkillər həkimlərin işini izləyir, xəstələrlə işləyirlər. Əgər həkim işində hər hansı tibbi boşluğa yol verərsə, mütləq şəkildə inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, həkimlər həmin həkim vəkillərinin əlindən gözlərini "qırpa" bilmirlər. Çünki Amerikada cəza ilə yanaşı, həkimin diplomunun ləğvi məsələsi də var. Bu baxımdan həkimlər öz işlərində çox məsuliyyətli olurlar.

- Bundan sonra hansı sahənin həkimləri ilə bağlı araşdırmanızı görə biləcəyik?

- Azərbaycanda həm də diplomsuz, ixtisaslaşmamış stomatoloqlar da var. Bununla bağlı da tezliklə siyahı təqdim edəcəm.

Bəziləri xüsusən də Türkiyəyə gedib, tanınmamış, gözdən-könüldən uzaq universitetlərdə diş texnikliyini oxuyub, gəlib Azərbaycanda stomatoloq kimi fəaliyyət göstərir, implant edir, üz-çənədə ciddi əməliyyat aparırlar. Nəticədə insanların şikəst olmasına gətirib çıxarır.

Təkcə Türkiyənin ucqar yerlərindən deyil, Dağıstan, Gürcüstan, Ukraynadan saxta diplom əldə edənlər də var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri