Icma.az
close
up
RU
Qənirə Ataşovanın həbs olunması istənilir

Qənirə Ataşovanın həbs olunması istənilir

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Amerikada yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın bir müddət əvvəl estetik cərrahlarla bağlı başlatdığı araşdırma yazıları geniş rezorans doğurmuşdu və doğurmaqda da davam edir. 

Belə ki, araşdırmalar nəticəsində xeyli sayta estetik cərrahın diplomsuz olduğu, o cümlədən ortaya fakt olaraq lisenziyasız fəaliyyət göstərən klinikanın da olduğu çıxmışdı. 

Gununsesi.info xəbər verir ki, artıq jurnalist Qənirə Ataşovanın həbs edilməsinin tələb olunduğunu görmək mümkündür.

Hazırda Bakı məhkəməsində onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırılıb.

Onun Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə cəzalandırılması tələb olunur.

Sözügedən iddianı qaldıran şikayətçi isə sosial şəbəkələrdə “həkim Gül Əliyeva” kimi tanınan, Gəncədəki “VMR” Estetik Klinikada fəaliyyət göstərən Gülsüm Əliyevadır.

Bildiririk ki,məhkəmədə artıq bir neçə dəfə hazırlıq iclası keçirilib.

Ataşovanın vəkili iddianın əsassız olduğunu vurğulayıb və icraata götürülüb baxılmasına etiraz edib.

Qeyd edək ki, G.Əliyeva klinikada ötən ilin sentyabrında liposaksiya (qarın nahiyəsindəki piy kütləsinin qismən sovrulması və bədənin başqa hissəsinin köçürülməsi) əməliyyatından bir həftə sonra yaşamını itirən Gülbəniz Bayramovanın ölümündə günahlandırılmasına görə məhkəmədə iddia qaldırıb.

Onu da bildirək ki, Estetik Klinika olan “VMR” Gəncə ilə yanaşı, Bakıda da fəaliyyət göstərir. Rəhbəri isə G.Əliyevanın həyat yoldaşı Vüsal Həsənov adlı şəxsdir.

Bundan əlavə, Ataşova da eyni maddi tələblə ona qarşılıqlı iddia verib.

O, sözügedən şəxslər barəsindəı araşdırma yazılarından sonra təhqirlərə məruz qaldığını bildirib.

O cümlədən övladlarının da təhqir olunduğunu, ölümlə hədələndiyini bildirib.

Hazırda olan faktlardan biri budur ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi həkimlərin nazirlikdəki reyestri bazasında G.Əliyevanın adının həkim kimi qeydiyyatda olmadığını açıqlayıb. “VMR” klinikasının lisenziyasız fəaliyyət göstərdiyi və buna görə cərimələndiyi də vurğulanıb.

Qeyd edilən ölüm faktında isə ailə ilə klinika arasında razılaşma olduğu deyilib. Belə ki, vəfat edən şəxsin ailəsi şikayətçi olmayıb.

Orata çıxan maraqlı faktlardan biri də, Vüsal Həsənovun adının hələ 2007-ci ildə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbs olunduğu cinayət işində də keçirdi. O zaman V.Həsənov iddia etmişdi ki, baş redaktor “Azərbaycan” Nəşriyyatının pilləkənlərində onu döyüb. Bundan sonra Q.Zahid həbs olunmuşdu.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyul 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri