Icma.az
close
up
RU
Qənirə Paşayevaya həsr olunan turnirin qalibləri bilindi

Qənirə Paşayevaya həsr olunan turnirin qalibləri bilindi

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

İctimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan qadınlararası beynəlxalq şahmat turnirinin bağlanış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə millət vəkilləri, Azərbaycan Şahmat Federasiyasının rəsmiləri və Qənirə Paşayevanın ailə üzvləri, dostları iştirak ediblər. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Tamam Cəfərova, Günay Əfəndiyeva, Aydın Hüseynov, Arzu Nağıyev, “APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı Qənirə Paşayeva ilə bağlı xatirələrini danışıblar. Onlar Qənirə Paşayevanın jurnalist, deputat, ictimai xadim kimi keyfiyyətlərindən bəhs ediblər.
Beynəlxalq Avrasiya Araşdırmaları İctimai Birliyinin rəhbəri, Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva çıxışında bildirib ki, Qənirə Paşayeva həm də güclü şahmat həvəskarı olub:

“Gəncliyində onu məşhur şahmatçılara bənzədirdilər. O şahmatı çox sevirdi. Ona görə də bu turnir, burda qalib gələb qadınların uğuru onun ruhunu şad edəcək”.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov çıxış edib:

“Tarixi bir bağlanış mərasimində iştirak edirik. Gələcəkdə hər kəs bu yarışın ilk dəfə harada yaranmasını xatırlayacaq”.

Sonda Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibləri mükafatlandırılıb. Rapid və blits üzrə təşkil edilən yarışın yekun nəticəsində Bolqarıstan təmsilçisi Nurgül Səlimova 25 xalla birinci yerə layiq görülüb. İki yarışın cəmində 22 xal toplayan Xanım Balacayeva ikinci yeri tutub. İlk üçlüyü 20 xalla Gövhər Beydullayeva qapayıb.

Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyası və “Məmmədyarovlar” şahmat məktəbinin təşkilatçılığı, “Nəfəs” İctimai Birliyinin baş sponsorluğuyla keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Mart 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri