Icma.az
close
up
RU
Qərar dəyişdi, Bakıya Jiquli gətirmək olacaq? AÇIQLAMA

Qərar dəyişdi, Bakıya Jiquli gətirmək olacaq? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir. Bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Qaydalara əsasən, zavod buraxılış tarixindən 40 ildən çox keçmiş, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş avtomobillər raritet hesab olunur. Azadolma yalnız müvafiq dövlət orqanının təsdiqedici sənədi ilə və bir şəxs tərəfindən ildə 1 ədəd, ölkə üzrə isə ildə ümumilikdə 10 ədəd avtomobil idxalı şərti ilə tətbiq ediləcək. Bu dəyişiklik idxalçıların xərclərinin azalmasına imkan yaradacaq.
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, ölkəmizdə nadir (raritet) avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi qaydaların tətbiqi nəzərdə tutulur:
“Hər hansı bir avtomobil modeli ölkə ərazisində nadir hesab olunması üçün onun sayı 9 ədəddən artıq olmamalıdır. Əgər həmin modeldən daha bir avtomobil gətirilərsə, o, 10-cu avtomobil kimi qeydiyyata alınacaq və model nadir statusunu itirəcək. Nadir statusu yalnız real çatışmazlıq və kolleksiya dəyəri olan nəqliyyat vasitələrinə şamil ediləcək. Hər bir şəxs tərəfindən ildə yalnız 1 ədəd nadir avtomobilin idxalına icazə veriləcək və bu məhdudiyyət kommersiya məqsədli kütləvi idxalın qarşısını almaq məqsədi daşıyır. Gömrük prosedurları zamanı müəyyən güzəştlər tətbiq oluna bilər, lakin bu güzəştlər yalnız müəyyən olunmuş meyarlara cavab verən avtomobillərə şamil ediləcək. Yaşı 40 ildən çox olan, lakin ölkədə sayı 10-dan artıq olan avtomobillərə heç bir güzəşt tətbiq edilməyəcək. Bu yanaşma nadirlik prinsipinin qorunmasına xidmət edir və güzəştlərin sui-istifadə hallarının qarşısını almağı hədəfləyir. Standartlara cavab verməyən və ya ciddi modifikasiya edilmiş avtomobillər nadir statusu ala bilməyəcək”. 
O bildirib ki, xalq arasında “Jiquli” kimi tanınan klassik VAZ modelləri ölkəmizdə geniş yayılıb:
“Bu səbəbdən həmin avtomobillər, yaşı 40 ildən çox olsa belə və ölkədə sayı 10-dan artıq olduğu üçün, ümumi qaydada nadir hesab edilməyəcək və gömrük güzəştlərindən yararlana bilməyəcək. Yalnız xüsusi buraxılış, məhdud sayda istehsal edilmiş və faktiki olaraq nadir hesab olunan modifikasiyalar fərdi qaydada ekspert rəyi əsasında qiymətləndirilə bilər. Vətəndaş nadir avtomobil idxal etmək istədikdə əvvəlcədən müvafiq dövlət qurumlarına rəsmi sorğu təqdim etməlidir. Sorğuda avtomobilin markası, modeli, buraxılış ili və texniki xüsusiyyətləri barədə ətraflı məlumat göstərilməlidir. Yalnız müsbət rəy alındıqdan sonra avtomobilin idxalına və müvafiq güzəştlərin tətbiqinə icazə veriləcək”.
Həmçinin oxu:
26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)
Həyatınızdakı böyük dəyişiklik üçün gerisayım başladı — Mart uğur dolu gəlir
Qiyabi təhsil alan oğlanlara şad xəbər
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri