Icma.az
close
up
RU
Qərar verildi, bu maşınlar bahalaşacaq

Qərar verildi, bu maşınlar bahalaşacaq

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Gələn ildən Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.

Milli.Az xəbər verir ki, Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.

Bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Qərarın məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.

Bu qərar avtomobil bazarında ciddi qiymət dəyişikliklərinə səbəb olacaq. ƏDV güzəşti yalnız elektrik mühərrikli avtomobillərə tətbiq ediləcəyi üçün hibrid modellər bu imkandan yararlana bilməyəcək və onların qiyməti artacaq. Bu artım həm idxal zamanı ödənilən vergilərin, həm də bazar tələbinin dəyişməsi ilə əlaqədar olacaq.

Hibrid Çin maşınlarının bahalaşması fonunda benzinlə işləyən ikinci əl avtomobillərin qiymətində də artım gözlənilir.

Əksinə, elektrik avtomobillərinin qiyməti demək olar ki, dəyişməyəcək. ƏDV-nin aradan qaldırılması onları daha əlverişli edəcək və bu, alıcı marağını artıracaq. Beləliklə, 2026-cı ildə elektrik avtomobillərinə tələbat artacaq, hibridlər isə əvvəlki qədər cəlbedici olmayacaq.
Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin yanvar ayının birindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunmuşdur. Məcəllədə edilən növbəti dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da əlavə dəyər vergisindən azaddır. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının, eləcə də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Müddət 2025-ci ilin sonunda başa çatır. Beləliklə, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə cəlb olunacaq.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Oktyabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri