“Qərarın düzgün olduğunu deyərdim” Mircavadov uğursuzların yerində qalması haqda
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
AFFA İcraiyyə Komitəsinin martın 15-də keçirilən iclasında aşağı yaş qruplarından ibarət yığmaların baş məşçqilərinin açıqlandığını xəbər vermişdik. U-21-də Samir Əliyevi Ayxan Abbasov əvəz edib, Elxan Abdullayev U-19-u, İlham Yadullayev U-18-i, Aqil Nəbiyev U-17-ni çalışdıracaq. Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.
Uğursuz nəticə göstərən aşağı yaş qruplarının məşqçilərinin vəzifədə qalması nə dərəcədə məqsədəuyğundu? “Football-plus.az” bu sualı AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadova ünvanlayıb:
“Bu məşqçiləri yaxşı tanıyırıq. İşləyən məşqçilərdi. Qərarın düzgün olduğunu deyərdim. Bu qərar təhlil edildikən sonra açıqlandı. Aşağı yaş qruplarında elə futbolçular var ki, xarici klublarla qarşılaşmayıblar. Yalnız yığmanın hesabına əcnəbi futbolçularla qarşılaşıblar. Biz istəyirik ki, yalnız ölkə çempionatında oynayaq, Avropada udaq. Belə olmur axı. Əvvəllər turnirlər keçirilirdi. O turnirləri davam etdirmək lazımdı”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Mart 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















