Qərarını dəyişdilər, onu komandada saxlamaq məcburiyyətində qaldılar İdmanXəbər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
Transfer çalışmalarını davam etdirən “Kəpəz” mövsümün ikinci yarısına Gəncədə hazırlaşır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisinin məşqçilər korpusu fasilədə yolları ayıracağı gözlənilən Braqa ilə bağlı qərarını dəyişib. “Sarı-göylər” “sambaçı”nı saxlamaqda məcburdu. Belə ki, hazırda o mövqeyə istədiyi transferi edə bilməyən komanda braziliyalı vinger ilə mövsümün sonuna kimi yola davam edəcək. Hətta yeni transfer olacağı təqdirdə belə, Braqanın göndərilməsi məsələsi müzakirə edilməyəcək.
Mövsümün əvvəlindən əvəzedici heyətə göndərilən albaniyalı futbolçu Redon Mihana ilə bütün məsələlərdə razılıq əldə olunub və o, komandadan göndərilib.
Digər legioner futbolçu Lassana Ndiaye isə özünə yeni klub axtarmaqdadı. O, bu səbəbdən “Kəpəz”in məşqlərinə qoşulmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















