Icma.az
close
up
RU
Qərarsızlığının acısını çəkən Samir Abasov Emin Mahmudov xilaskar ola bilərdi...

Qərarsızlığının acısını çəkən Samir Abasov Emin Mahmudov xilaskar ola bilərdi...

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi" ardıcıl ikinci mövsümdür ki, avrokuboklardan kənarda qalır. Kluba iki ilə 60 milyon manat civarında maliyyə ayrılsın, avrokuboklarda qruplara düşmək bir yana qalsın, daxili çempionatda heç 4 vəsiqə qazananlar sırasına düşə bilməyəsən... 

Bu 2 ildə 3 əcnəbi məşqçidən sonra özümüzünkü də gəlib məlhəm ola bilmədi "Neftçi"yə. Samir Abasov hər nə qədər günahı üstündən atmağa çalışsa da, onun da qəbahəti böyükdür. Deməyində həqiqət var ki, ona qədər seleksiya işləri pis aparılıb, kimlərsə "Neftçi"ni "ikinci sort" futbolçularla doldurub, bunun məsuliyyəti onun üzərində deyil. Lakin Abasov hara gəldiyini yaxşı bilirdi, hansı yükün altına girdiyini də yaxşı dərk edirdi. Hər halda onu "Neftçi"yə komandanı Premyer Liqada saxlamaq üçün gətirməmişdilər. Komandanı avrokuboklara aparmaq üçün həm vaxtı, həm də şansı var idi. Kubokda yaxşı günlərini yaşamayan "Sabah" ı mübarizədən kənarlaşdırmaq, Premyer Liqada həddən artıq xal itkiləri ilə üzləşən "Araz-Naxçıvan", "Turan Tovuz" kimi klubları da haqlamaq olardı. Lakin Samir Abasov heç nə bacarmadı. Nə çempionat yolu ilə, nə də kubok!

Abasovun ən böyük səhvi Emin Mahmudov məsələsidir. Hamı gözləyirdi ki, Samir Abasov "Neftçi"yə gələn kimi kapitanlıq sarğısını Eminə qaytaracaq. Amma sən saydığını say, gör, Samir kimləri sayır. Elə bil Abasov bu posta gələndə Qriqorçuka söz vermişdi ki, onun aldığı sarğını bir də Eminə qaytarası deyil. Kim bilir, bəlkə də Qriqorçuka yox, başqa birinə...

Samir Abasovun Emin Mahmudovu əvvəlki formasına qaytarmaq üçün kifayət qədər vaxtı var idi. Lakin qərarsızlığı, kiminləsə üz-göz olmaq qorxusu buna imkan vermədi. Az qala hamı bilir ki, Emin Mahmudov ətrafında baş verənlər onun maaşının azalmasına razılıq verməməsi ilə birbaşa bağlı durum idi. Düzdü, Samir Abasovun gəlişi vəziyyəti qismən dəyişdi, amma qismən. 

"Sabah"la kubokun cavab matçı göstərdi ki, Emin Mahmudov xilaskar ola bilərdi. Samir Abasov oyundan sonra özü də qeyd edib ki, Emin lider kimi oynadı, amma gücünü 90 dəqiqəyə darta bilmədi. Çünki o, bu mövsüm nə fiziki, nə də psixoloji olaraq həminki Emin deyil. 

Ehtimal var ki, Emin Mahmudova kapitanlıq sarğısının qaytarılmaması elə Abasovun öz qərarıdı, heç kimin diqtəsi ilə hərəkət etməyib. Əgər həqiqətən elədirsə, Samir Abasov bilsin ki, Azərbaycan çapında belə heç vaxt böyük komandada, böyük futbolçularla davamlı nəticələr verəcək məşqçi olmayacaq. Böyük futbolçularla işləmək tək savad məsələsi deyil, onlarla uyuşmaq, maksimumu almaq bacarığıdır. Samir Abasov isə bu mövsüm Emindən maksimumu ala bilmədi, bunun da cəzasını çəkdi. 

Həmid

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri