Qərb Bakı İrəvan barışıq prosesini öz tərəfinə çəkmək istəyir Zaxarova
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Qərb Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini regional kontekstdən çıxararaq öz maraqlarına tabe etdirməyə çalışır.
"Unikal" xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Ermənistan və Azərbaycan regional tərəfdaşlar - Rusiya, İran və Türkiyənin dəstəyi ilə konstruktiv və qarşılıqlı məqbul həll yollarına can atırlar: "Qərb oyunçuları bu prosesə müdaxilə edir və region ölkələrinin maraqlarına məhəl qoymurlar.
Brüsselin daha bir xeyirxah təşəbbüsü pərdəsi altında sırf siyasi maraqlar gizlənir. Qərb növbəti dəfə siyasi uğurlarını bəyan etmək üçün Bakı ilə İrəvan arasında barışıq prosesini öz tərəfinə çəkmək niyyətindədir. Qərbin hərəkətləri regionda təhlükəsizlik balansının pozulmasına və regional dövlətin özünü təmin etmə prinsipinin pozulmasına gətirib çıxara bilər".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















