Icma.az
close
up
RU
“Qərb bunların içi üzünü bilib imtina edəndə şimala üz tutdular...”

“Qərb bunların içi üzünü bilib imtina edəndə şimala üz tutdular...”

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dövlətə xəyanət maddəsi bağlı Cinayət Məcəlləsində ən ağır maddədir. Bu gün Ramiz Mehdiyev də bu maddə ilə ittiham olunur. Məlum partiya sədri Əli Kərimlinin də Ramiz Mehdiyevlə gizli əlaqələrindən söhbət gedir. Çünki dövlətə xəyanət etmək keçmişinə, nəslinə, kökünə, şəcərəsinə xəyanət etmək deməkdir. Vətənə xəyanət etməyin mənası çox dərindir. Bu cür insanlara hansısa formada hümanist münasibət göstərilməsi qətiyyən olmaz. Bu şəxlər ən sərt formada cəzalandırılmalıdır ki, başqalarına da nümunə olsun və belə xətaları heç kim etməsin”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, Əli Kərimlinin gizli əlaqələrinin olması bu günün yox, çoxdanın məsələsidir:

“Çünki söhbət Milli Şuradan, Milyonerlər İttifaqından gedir. Partiya sədrlərinin zaman-zaman öz siyasi xətlərində dönüşlərin etməsi və bu dönüşlərin yaranması əslində elə həmin məsələlərlə bağlı imiş sən demə. Biz əvvəllər də buna öz mövqeyimizi bildirmişik, sadəcə o vaxt heç kim məsuliyyəti öz üzərinə götürmürdü. Gizli əlaqələr təbii ki, o vaxt da mövcud idi. Bilirsiniz o vaxt qərbyönümlü, kommunist, liberallar kimi adlarla fəaliyyət göstərən partiyalar var idi, hər biri özlərini bir ölkəylə bağlamaq istəyirdilər və həmin ölkənin nümayəndəsi kimi özlərini aparırdılar. Onların eləsi var idi ki, həqiqətən də özünü təqdim etmək istəyirdi, eləsi də var idi ki, artıq təqdim etmişdi və həmin ölkələr tərəfindən də müəyyən maliyyə və digər siyasi  dəstəklərə nail olmuşdu”.

O, bildirib ki, sonradan bu partiyaların içi üzü açıldı və onların dərin prespektivə malik olmayan, siyasi nəzəriyyəni bilməyən siyətçi olduğu ortaya çıxandan sonra Qərb dairələri bunlardan imtina etməyə başladı:

“Onlar da öz siyasətlərində bunlarla bağlı dönüş yaratdılar. Bunlar bunu hiss edən kimi Şimala doğru üz tutdular. Dövlətə xəyanət və yaxud da ki, hakimiyyətin dəyişilməsi ilə bağlı bunlarda ümidlər qığılcımı ondan yaranmağa başladı”. 

R.Hüseynov deyib ki, bunun da nəticəsi indi bəllidir ki, onlar bu gün həbsdədir:

“Bizim müvafiq dövlət qurumları çox peşəkar fəaliyyət göstərirlər. O qurumların hansısa bir əsasları olduğuna görə onlar bu gün həbsdə saxlanılır. Onların Azərbaycan məhkəmələrinə həmişə sayğısızlıq göstərmələri, “biz tanımırıq”, “legitim saymırıq” kimi ifadələri də boş, mənasız bir illuziya idi. İndi onlar mərhələli şəkildə məhkəmələrə müraciət edib həbslərinin ev dustaqlığı ilə əvəz edilməsini istəyirlər. Əgər həqiqətən də sizin üçün Azərbaycan qanunları qeyri-legitim idisə, onda niyə siz bu müraciətləri edirsiniz?! Bütün bunlar hamısı populist, xalqın gözünə yalan danışmaq idi. Xalq da bunların kim olduğunu bilir və ona görə də heç bir ciddi dəstək, siyasi uğur qazana bilmirlər. Bu uğursuzluq da onların psixoloji durumuna ciddi zərbə vurub və bu zərbənin altında da narsist siyasət həyata keçirməklə məşğuldurlar. Arzu edirəm ki, bu siyasi proseslərdə əli olan kimlər varsa, onları da xalqa tanıtdırsınlar. Dövlət orqanlarından xahişim budur”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri