Icma.az
close
up
RU
Qərb dalana dirəndi: Ukrayna alver predmeti oldu DETALLAR

Qərb dalana dirəndi: Ukrayna alver predmeti oldu DETALLAR

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiya-Ukrayna müharibəsi dönüş mərhələsinə yaxınlaşır. Münaqişədə Kiyev və Moskva da daxil olmaqla Qərb də tez bir zamanda müharibənin aktiv fazasının dayandırılmasında maraqlıdır. Qərblə yanaşı, Kiyev də bir daha anladı ki, nə qədər dəstək verilsə də, Ukrayna təkbaşına Rusiya hərb maşınının qarşısında dayanması qeyri-mümkündür. Ukraynaya daha ciddi hərbi dəstəyin verilməsi isə müharibənin Avropa coğrafiyasında genişlənməsinə, ehtimal olunan Üçüncü Dünya müharibəsinin başlanmasına və bu hərbi qarşıdurma zamanı Rusiyanın çətin vəziyyətlə üzləşəcəyi təqdirdə nüvə silahlarından da istifadə edəcəyinə səbəb olacağını istisna etmir. Yəni Qərb və Kiyev bir daha anladı ki, bu yolla Rusiyanı məğlub etmək Ukraynanın ərazi bütövlüyünü təmin edərək parçalamaqdan xilas etmək qeyri-mümkündür.  Ukraynanın ərazi bütövlüyünün təmin olunması indiki mərhələdə yalnız NATO-Rusiya açıq şəkildə hərbi qarşıdurmasından keçə bilər ki, bu da həddindən artıq təhlükəli ssenaridir. Bu qarşıdurmanın dünya üçün hansı fəlakətlərə, faciələrə yol açacağını kimsə proqnozlaşdıra bilməz.

Digər mühüm bir məqam isə ondan ibarətdir ki, müharibənin aktiv fazasının davam etməsi təkcə Rusiyada deyil, Qərb iqtisadiyyatını çökdürməklə yanaşı, Avropda ciddi siyasi böhranlara, Qərb ölkələrində fikir ayrılıqlarına və digər kataklizmlərə yol açır.  

Bütün bu və digər amillər Qərbi Kiyev-Moskva atəşkəsinin əldə olunması üçün çalışmasına diktə edir.

Ən azından Qərbin özünü yenidən toparlaması üçün atəşkəsə ciddi ehtiyacı var və bunu da açıq şəkildə Moskvanın diqqətinə çatdırır. 

Bu atəşkəs Moskvaya da bu atəşkəs hava-su kimi lazımdır. Amma Moskva atəşkəsi tamam fərqli formada düşünür.

Qərbin atəşkəs planı

ABŞ-nin yeni prezidenti Donald Trampın fəaliyyətə başladığı ilk gündən Moskvaya təhdid dolu bəyanatları, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsini müzakirə etməsi, Kiyevin atəşkəslə bağlı səsləndirdiyi fikirlər, əslində, bu məqsədə xidmət edir.

Lakin burada əsas ciddi məsələ müharibənin aktiv fazasının dayandırılıb atəşkəsin əldə olunması, məsələnin danışıqlar masasında davam etdirilməsi ilə bağlı mexanizmin tətbiqi ilə bağlıdır. Çünki ilk növbədə atəşkəsin əldə olunmasında nəinki Qərblə Kiyev arasında, o cümlədən Qərb ölkələri arasında fərqli fikirlər və baxışlar mövcuddur.

Qərb və Kiyev bu məsələdə vahid mövqe formalaşdırıb Kremli buna vadar etmək mexanizmi mövcud deyil. Müharibənin aktiv fazada davam etməsi isə Kiyevlə Qərbi daha da çıxılmaz dalana sürükləyir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da bildirib ki, müharibənin uzanması ciddi problemlərə yol aça bilər. "Ukrainskaya pravda"nın yazdığına görə, Budanov ölkə parlamentində qapalı toplantıda çıxışı zamanı deyib ki, yayadək ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya bilər. 

Mövcud vəziyyətdə atəşkəsdən başqa alternativi qalmayan Kiyev Qərbdən gələcəkdə Rusiyanın yenidən eskalasiya yaratmayacağına zəmanət istəməsidir. 

Burada onu da qeyd etmək yerinə düşər ki, Donald Trampın ABŞ-də prezident seçilməsindən sonra Kiyevin son dövrlərdə Qərbi Rusiya-Ukrayna məsələsində təhdid, şantaj siyasətindən geri çəkildiyi açıq hiss olunur.

Amma bununla belə, Kiyev etibarlı atəşkəsin ancaq təmas xəttinə NATO sülhməramlısının yerləşdirilməsi nəticəsində mümkün ola biləciyini bəyan edir və bu məsələdə israrlıdır. Kiyev etibarlı zəmanət üçün NATO-nun 200 minədək hərbçisinin təmas xəttinə yerləşdirilməsini istəyir. 

Bundan əlavə olaraq, Kiyev Ukraynın yenidən bərpasına lazım olan maliyyə vəsaitini, ordusunun yenidən tam və ən müasir NATO silahları ilə təchiz olunmasını, ölkənin NATO və Avropa İttifaqına sıx inteqrasiyasını tələb edir.

Qərb isə Kiyevin bu təkliflərini həyata keçirməkdə həm çətinlik çəkir, həm də Kiyevin Qərb strukturlarına inteqrasiyası məsələsində Moskvadan çəkinir. 

Qərb yaxşı anlayır ki, Kiyevin bu şərtlərini qəbul etmək Kremlin əks-reaksiyasına səbəb olacaq və bu səbəbdən də danışıqlar masasına əyləşməyəcək.

Moskvanın atəşkəs planı

Moskva da Qərbin Ukrayna məsələsində vahid və konkret mövqeyinin olmadığını və son vaxtlarda Kiyevə dəstək vermədiyini gördüyündən yaranmış fürsətdən maksimum faydalanır. Bu ilk növbədə özünü hərbi əməliyyatların getdiyi ərazilərdə göstərir. Rusiya ordusu demək olar ki, Ukraynada Luqansk, Donetsk vilayətlərini tam nəzarətə keçirib. Mariupol, Zaporojye, Xerson, Xarkov kimi ərazilərdə mövqe möhkəmləndirməsi istqamətində əməliyyatlarını davam etdirir. Bir sözlə, Qərbin sanksiya və təzyiqlərinə baxmayaraq Moskva Ukraynanın şərq hissəsində hər ötən gün yeni-yeni yaşayış məntəqlərini nəzarətə götürməklə danışıqlar masasındakı əlini gücləndirir.

NATO baş katibinin sabiq köməkçisi, ABŞ müdafiə nazirinin sabiq müavini Vitali Qarber bu yaxınlarda   belə bir fikir səsləndirib:

"Rusiya Ukraynada işğal etdiyi əraziləri qaytarmasa, Kreml ərazilərlə birlikdə 26 trilyon dollardan çox olan faydalı qazıntılar əldə edəcək. Odur ki, bu müharibə son nəticədə Rusiya üçün öz bəhrəsini verə bilər. 

Əgər biz sülh naminə açıq təcavüzü mükafatlandırsaq, bu gələcəkdə bizə qan və xəzinə bahasına başa gələcək”.

Odur ki, Qərb dilemma qarşısında qalıb. Sanksiyalar təsir etmir, müharibəni davam etdirmək Avropanın özünü çökdürür. Daha ciddi hərbi dəstək isə müharibə coğrafiyasını genişləndirib daha ciddi fəlakətlərə yol aça bilər.

Qərbin Moskvanı atəşkəsə məcbur etməyin yollarından biri Çini bu prosesə cəlb edib beynəlxalq təzyiqi daha da sərtləşdirməklə mümkün ola bilər.

Qərb, başda ABŞ olmaqla davamlı olaraq Çinə belə mesajlar verir. ABŞ-nin yeni prezidenti Donlad Tramp Kremlin ünvanına sərt bəyanatlar səsləndirməklə yanaşı, Çinə Rusiyanın işğlaçılıq siyasətindən geri çəkilməsində yardımçı olmaq mesajını verib.

Tramp Putinlə bu məsələnin həllində tez bir zamanda Putinlə görüşmək niyyətini ortaya qoyub, amma Kreml hələlik diplomatiya oyunu oynamaqla prosesi uzadır. Yəqin ki, Kreml Ağ Evlə görüşün baş tutması istiqamətində diplomatik kanallarla aparılan müzakirələrdə Rusiya tərəfinin ən vacib şərtlərinin hansısa formada qəbul ediləcəyi təqdirdə baş tutmasına çalışır. Moskva son günlərdə hərbi əməliyyatları aktivləşdirib daha çox Ukrayna ərazisini işğal etməklə buna nail olmaq istəyir.  

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri