Icma.az
close
up
RU
Qərb icmalçıları 2025 ci ilin ən yaxşı beş smartfonunu seçdi

Qərb icmalçıları 2025 ci ilin ən yaxşı beş smartfonunu seçdi

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Gizmochina” ekspertləri qlobal bazarda mövcud olan modelləri nəzərə alaraq 2025-ci ilin ən yaxşı beş smartfonunun reytinqini tərtib ediblər.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, smartfon istehsalçıları bu il eksperimental funksiyalardan imtina edərək əsas istifadəçi texnologiyalarına – kamera imkanlarının yaxşılaşdırılmasına, avtonomluğun artırılmasına və cihazdaxili ağıllı alqoritmlərin inteqrasiyasına diqqət yetiriblər. Nəticədə son illərin ən düşünülmüş flaqman modelləri istehsal olunub.

"iPhone 17 Pro Max" 

İcmalçılara görə, 2025-ci ildə “Apple” "iPhone" modelini mükəmməlləşdirib. "iPhone 17 Pro Max" bazarın ən güclü çipi sayılan "A19 Pro" ilə təchiz olunub, möhkəm alüminium korpusa və 8 qat böyütmə imkanlı təkmilləşdirilmiş üçlü kameraya sahibdir. Avtonom iş müddəti rekord səviyyədə – 39 saata yüksəlib, buxar kameraları isə qızma və performansın azalmasının (throttling) qarşısını alır.

"Galaxy S25 Ultra"

Koreyalı istehsalçı süni intellektə əsas diqqət yetirib və bu yanaşma özünü doğruldub. "Call Transcript", təkmilləşdirilmiş "Circle to Search" və "Now Bar" kimi funksiyalar smartfonu tamhüquqlu iş alətinə çevirir. Əsas texniki göstəricilər də yüksəkdir: “Snapdragon 8 Elite” çipi, 200 MP kamera və 7 il yenilənmə dəstəyi.

"OnePlus 15"

Bazarın ən texnoloji inkişaf etmiş smartfonlarından biri hesab edilir. 165 Hz AMOLED ekran, 7300 mA/saat tutumlu akkumulyator, 120 Vt sürətli naqilli enerji yığma, “Snapdragon 8 Gen 5 Elite” çipseti və 5731 mm² sahəyə malik böyük buxar kamerası ilə seçilir.

"Pixel 10 Pro XL"

"Google" ənənəvi olaraq proqram təminatına üstünlük verir və "Pixel 10 Pro XL" bu fəlsəfənin zirvəsi sayılır. "Tensor G5" prosessoru rekord güclü olmasa da, süni intellekt tapşırıqlarının öhdəsindən əla gəlir. Onun kamerası isə bazarın ən yaxşılarından biri hesab olunur.

"Oppo Find X9 Pro"

İlin ən yaxşı kamera telefonu seçilib. Bunun əsas səbəbi “Hasselblad” tərəfindən hazırlanan 200 MP telefoto moduludur. Bundan əlavə, cihaz 7500 mA/saat tutumlu akkumulyatora, IP69 müdafiəsinə və 3600 nit parlaqlığa malik ekrana sahibdir.

Qeyd edək ki, tanınmış texnobloqçu MKBHD də bu il özünün 10 ən sevimli smartfonunun siyahısını açıqlamışdı. Əsas nominasiyada – “İlin smartfonu” – baza modeli "iPhone 17" qalib gəlib, ən yaxşı kamera telefonu isə "iPhone 17 Pro Max" deyil, Çin istehsalı olan başqa bir flaqman olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Dekabr 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri