Icma.az
close
up
RU
Qərb ilə Rusiya arasında qalan Ermənistan nə etməlidir?

Qərb ilə Rusiya arasında qalan Ermənistan nə etməlidir?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxud Cənubi Qafqaza “qıcanan dişlər” barədə

“Rusiyanın mövqeyi sadə və dürüstdür: biz öz siyasətini müstəqil şəkildə qura və inkişaf istiqamətini özü müəyyən edə bilən güclü, sabit və həqiqi suveren Ermənistanın olmasında maraqlıyıq”. Bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin “İzvestiya” qəzetinin sorğusuna cavabında yer alıb.

Əvvəlcə onu bildirək ki, hələlik bir cümləsini diqqətə çatdırdığımız bu açıqlama Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistanı diplomat yox, sanki, “qanuni oğrular” kimi, tənbeh etməsindən daha məntiqlidir. Hərçənd, Zaxarovanın tonu ilə hazırkı mövqe arasında oxşarlıq birmənalıdır.

Bəli, tam aydındır ki, “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilmiş VIII Zirvə toplantısı, xüsusən, tədbir əsnasında yaşananlar Rusiyada ciddi qıcıq doğurub. Amma qıcığın heç də elə-belədən yaranmadığı aydındır. Məlum oldu ki, Fransa Prezidenti Emmanuel Makron başda olmaqla, Avropa liderləri Ermənistanı Cənubi Qafqazda anti-Rusiya qalası kimi göstərmək üçün əllərindən gələni etdilər. Rəsmi İrəvan təmsilçiləri, o cümlədən Baş nazir Nikol Paşinyan bütün yerli və beynəlxalq platformalarda ölkənin müstəqil siyasət kursu yeritdiyini, qonşularla bərabərtərəfli mehriban qonşuluq münasibətlərinə üstünlük verdiyini, ümumən, balanslı xətt seçdiyini vurğulasa da, həmin liderlər bəyanat və çıxışları ilə bunun tam əksini göstərdilər, Ermənistanın, övladlığa götürülmüş yetim uşaq obrazını canlandırdılar. Yetimə isə “gəl-gəl” deyən çox, çörək verən az olur.

...İrəvanda “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısı çərçivəsində yaşanmış ən böyük qəbuledilməzlik Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada keçiriləcək 9 May paradına PUA-larla hücum anonsu idi. Ermənistan rəhbərliyi, ev sahibi kimi, ilk növbədə, belə bir bəyanatın səslənməsinə imkan tanımalı deyildi. Bu hal yaşanırsa, deməli, Paşinyan iqtidarının zəifliyi var. Axı siyasi-diplomatik ritorika baxımından da anti-Rusiya köklənişi “Avropa Siyasi Birliyi”nin məram və məqsədlərinə zidd təmayüldür. Yəni, Nikol və tərəfdarları sırf bu məqamın prinsipiallığına söykənib fərqli, işgüzar gündəlik formalaşdırmaq imkanına malik idilər. Belə bir gündəlik Cənubi Qafqazın əməkdaşlıq məkanı statusunu vurğulayardı. İndiki halda məlum Zirvə toplantısı regionun qarşıdurma müstəvisi potensialını ortaya qoyur. Bu isə son dərəcə zərərlidir...

Haşiyə çıxaraq bildirək ki, “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısının hayları himayə platsdarmına çevrilməsi ölkənin qonşuları – Azərbaycan, Türkiyə və Gürcüstan üçün də qəbuledilməz mənzərədir. Bir halda ki, ortada daim Ermənistanla manipulyasiya etmək istəyən qüvvələr var, kim təminat verə bilər ki, sabah həmin qüvvələr İrəvanın əli ilə regionda yeni gündəm yaratmaq istəməyəcəklər? Axı indiyədək onlar mövcud istiqamətdə çox çalışıblar. Deməli, seçki qalibi olacaq erməni iqtidarının üzərinə bu baxımdan daha ciddi siyasi sərmayə yatırmağa cəhd göstərmələri mümkündür...

Yeri gəlmişkən, Rusiya XİN-in haqqında söz açdığımız açıqlamasının mahiyyətində elə seçki dayanır. Qurumdan o da bildirilib ki, Avropa İttifaqı Ermənistanda seçki prosesinə müdaxilə edir və əvvəllər Moldovada sınaqdan keçirilmiş mexanizm və texnologiyaları təkrarlayır: “Biz Aİ-nin Ermənistan istiqamətindəki israrlı fəallığını məhz belə qiymətləndiririk. Ermənistana qondarma tərəfdaşlıq missiyasının, eləcə də hibrid təhdidlərə qarşı mübarizə üzrə çevik reaksiya qrupunun göndərilməsi — 7 iyun parlament seçkiləri ərəfəsində Brüsselin atdığı bu addımlar ölkənin daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Bunun üçün Aİ əvvəlki seçki kampaniyaları zamanı eynilə Moldovada tətbiq olunmuş mexanizm və texnologiyalardan yararlanır”.

Ən başlıcası isə Rusiya XİN İrəvanın avropalıların dəstəyini həvəslə qəbul etdiyi qənaətindədir: “Ümid edirik ki, Ermənistan rəhbərliyi Brüsseldə hər şeyin öz qiymətinin olduğunu unutmur. Digər ölkələrin təcrübəsi göstərir ki, Qərblə bu cür yaxınlaşma həmin proseslərə cəlb olunan dövlətlər üçün nadir hallarda yaxşı nəticələnir”.

Əlbəttə, müstəqil siyasət yürütdüyünü bəyan edən Ermənistan heç bir yana əyilməməli, sırf ölkənin maraq və mənafeləri kontekstində davranmalıdır. Bir sözlə, İrəvan Bakının illərlə getdiyi yolda addımlamağı öyrənməlidir. Axı Rusiya və ya Qərblə hansısa ziddiyyətə gedilirsə, bu trayektoriya son dərəcə dəqiq izah edilməli, arqumentləşdirilməlidir. Elə bir formada arqumentləşdirilməlidir ki, Ermənistanın timsalında Cənubi Qafqazda əlahiddə maraqlar güdən beynəlxalq aləm durumla hesablaşmaq məcburiyyətində qalsın. İstər Rusiya XİN-in hazırkı açıqlaması, istərsə də qurumun rəsmi nümayəndəsi M.Zaxarovanın bir neçə gün əvvəlki “diplomatik bozarması” onu göstərir ki, erməni iqtidarının tutduğu yolda ciddi yanlışlıq var. Ayrı-ayrı detallar bir yana, Ermənistan rəhbərliyi həssas davranıb Rusiya siyasi industriyasına bəhanə verməli deyildi.

Bəli, Ermənistan Rusiyanın da, Qərbin də forpostuna çevrilməməlidir. Ən əsası ona görə çevrilməməlidir ki, hər iki qütbün baxışlarındakı Cənubi Qafqaz, yekun nəticə etibarilə, sülh, əməkdaşlıq və rifah məkanına çevrilməkdən uzaqdır. Tarixən də belə olub. Durumun cəzasını isə region xalqları yaşadıqları acılarla çəkiblər. Ermənistan Rusiyanın yox, Qərbin forpostluğunu seçəcəksə, sadə ermənilər 38 il əvvəlki ab-havanın təsirindən xilas ola bilməyəcəklər.

Bu yerdə onu da bildirək ki, Rusiyanın da, Qərbin də obrazlı desək, həbsxananın boz boşqabında haylara yedizdirmək istədikləri ancaq avantüradır. Söhbət Qarabağ avantürasından gedir. Hər iki cinah qondarma iddianı özünün baxış bucağına uyğun qabardır. Rusiyada bildirilir ki, “Qarabağ hərəkatı” bitməyib, Avropada Qarabağ ermənilərinin təhlükəsiz və ləyaqətsiz şəkildə geri dönüşü məsələsindən dəm vurulur. Necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir.

Sonda daha bir məqamın üzərində dayanaq. Rusiya XİN açıqlamasında onu da bildirib ki, “bəzi Qərb həmkarlarından fərqli olaraq, Rusiya İrəvana hazır “gələcək ssenariləri” gətirmir və münasibətlərin perspektiv inkişafını seçkilərin nəticələri ilə şərtləndirmir”. Bu fikir qurumun yazımızın lap əvvəlində diqqətə çatdırdığımız mövqeyinin davamıdır. Problem isə ondadır ki, Rusiyanın nəinki Ermənistana, bütövlükdə Cənubi Qafqaza yanaşması heç vaxt sadə və dürüst olmayıb. Məsələn, Moskvada həmişə istəyiblər ki, bu coğrafiyanın xalqları müstəqil siyasət qurmağı bacarmasınlar və ya müstəqil siyasətdən anlayışları olmasın. Ümumiyyətlə, rus ictimai təfəkkür tərzinə görə, ölkənin özündən başqa müstəqil heç bir dövlət ola bilməz. Bu baxış Azərbaycanı, Ermənistanı və Gürcüstanı həqiqi suveren ölkə qismində təsəvvürə gətirə bilərmi? Əlbəttə ki, yox.

Digər tərəfdən, müvafiq olaraq, Kremldə heç vaxt arzulamayıblar ki, region xalqları inkişaflarını özləri müəyyənləşdirsinlər. Bu mənada Rusiya XİN-in əvvəldə diqqətə çatdırdığımız “güclü, sabit və həqiqi suveren Ermənistanda maraqlıyıq” fikri ancaq acı gülüş doğura bilər. Bu gün Ermənistanda qatı ruspərəst şovinist və revanşistlər varsa, onlar 30 ilə yaxın davam etmiş rus forpostluğundan başqa heç bir müqəddəslik tapa bilmirlərsə və Moskvadan hansısa formada onlara dəstək ifadə olunursa, deməli, Rusiyanın Ermənistanı öz yolunda addımlayan məmləkət qiyafəsində görməsi mümkünsüzdür.

Belə bir durumda Ermənistan iqtidarının üzərinə böyük missiya düşür. Paşinyan administrasiyası tutduğu yolda inamlı və qətiyyətli davranmalı, sülh sadiqliyində hansısa sapmaların qeydə alınmasına imkan və şərait yaratmamalı, tarixi şans əldən verilməməlidir. Yalnız bu şəkildə müstəqil və suveren Ermənistan formalaşdırmaq, keçmişin çürük klişelərini tarixin zibilliyinə göndərmək mümkündür. Rəsmi İrəvan erməni cəmiyyəti ilə birgə reallığı görməli, adekvat reaksiya verməlidir. Elə bir reaksiya ki, davamlı və dayanıqlı barış naminə ciddi və sarsılmaz müqavimət doğursun.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2026 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri