Icma.az
close
up
RU
Qərb Moldovada qələbə qazandı...

Qərb Moldovada qələbə qazandı...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Rusiya geri addım atacaq?

Moldova bu dəfə də Avropaya inteqrasiya yolunu seçdi. Sentyabrın 28-də Avropanın cənub-şərq regionunda yerləşən bu ölkədə baş tutan parlament seçkilərinin nəticələri Qərbin xeyrinə yekunlaşıb. Belə ki, Moldovada səslərin 99,38 faiz sayıldıqdan sonra Prezident Maya Sandunun rəhbərlik etdiyi Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) səslərin 50,2 faizni toplayıb - 101 mandatdan ibarət olan parlamentdə yerlərin 52-ni qazanıb. İkinci yerdə isə 24,31 faiz səslə keçmiş prezident İqor Dodonun Rusiyayönümlü Vətənpərvər Seçki Bloku qərarlaşıb. Digər müxalifət partiyalar - Alternativ (8 faiz), “Renato Usatii” -  Bizim Partiya (6,22 faiz) və ultra-sağçı Evdə Demokratiya partiyası da (5,64 faiz) parlamentə daxil olub. Hakim Fəaliyyət və Həmrəylik Partiyası seçkilərdə qələbə qazansa da, hökumət formalaşdırmaq üçün tələb olunan mandata sahib deyil - Ölkə konstitusiyasına görə, bunun üçün siyasi partiya parlamentdə 68 yerə sahib olmalıdır. Böyük ehtimalla, hakim partiya parlamentə daxil olan qərbpərəst partiyalar ilə koalisiyaya gedəcək. Seçkilərin nəticələri elan edildikdən sonra dövlət rəhbəri Maya Sandu öz partiya yoldaşları ilə bərabər qələbəni qeyd edib - o, seçicilərinin qarşısında çıxış edərkən bildirib ki, Moldova demokratiyanın daha da möhkəmlənməsi və Aİ-yə inteqrasiya yolunda addımlarını daha da intensivləşdirəcək. Sandu Rusiyaya qarşı cəbhədə yer alan siyasətçi kimi tanınır.

Həlledici seçkilər...

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Moldovada baş tutan son parlament seçkiləri geosiyasi əhəmiyyət kəsb edir. “Moldovada son seçkilərin nəticələri Rusiyanın Qərb qarşısında məğlubiyyəti kimi qiymətləndirilir. Sözsüz ki, bu, təsadüfi deyil. Bu seçkilər həm Avropa İttifaqı, həm də Rusiya üçün həlledici idi. Artıq belə bir məlumatlar dolaşmaqdadır ki, Moskva Moldovada seçkilərin nəticələrinə təsir etmək üçün müxtəlif vasitələrdən istifadə etməyə başlayıb. Amma Moskva bununla barışmasa da, faktiki olaraq, bu seçkilərdə Qərb qarşısında məğlub oldu. Avropa İttifaqına gəlincə, Aİ mövcud şəraitdən istifadə edib Moldovada geostrateji, geosiyasi və geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək, ən əsası da Rusiyanın bu ölkədə təsir imkanlarının məhdudlaşdırılması istiqamətində daha ciddi tədbirlər görəcək. Brüssel Kişinyovun Aİ-yə inteqrasiyasını sürətləndirmək üçün xüsusi planlar hazırlaya, o cümlədən hazırkı hakimiyyəti Rusiyaya bağlı olan siyasi qüvvələr üzərində təzyiqləri artırmağa sövq edə bilər. Qərbyönümlü hakimiyyətin də Kremlə yaxın olan qüvvələri sıradan çıxarmaq niyyətində olması da istisna deyil,” - deyə A.Nərimanlı vurğulayıb.

Moldova geosiyasi mübarizə poliqonuna çevrilə bilər

A.Nərimanlı hesab edir ki, önümüzdəki dövrlərdə Moldovanın Avropa İttifaqına inteqrasiyası güclənəcək. Amma... “Rusiya Moldovada təsir imkanlarını qorumaq üçün əlindən gələni edəcək. Son seçkilərdə qərbpərəst qüvvələrin qələbəsini Moldovanın Rusiyanın təsir dairəsindən xilası kimi dəyərləndirmək düzgün deyil. Bildiyimiz kimi, bu gün Ukrayna Rusiya ilə NATO arasında hərbi poliqona çevrilib.  Moldovanın da Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilməsi ehtimalı var. Şərqi Avropa ölkələri NATO-ya üzv olduqlarından Moskva onların təhlükəsizliyinə o qədər də ciddi təhdid törətməyə cəhd etmir, amma Moldovada belə bir hal yoxdur - bu ölkə alyansın üzvü deyil. Ona görə də Rusiya Moldovada öz siyasi mövqeyini əldən verməməyə çalışacaq, hətta bunun üçün müxtəlif təzyiq vasitələrindən istifadə edə bilər. Təzyiq vasitələri nə ola bilər? Birincisi, Moskvanın ölkə daxilində qarşıqlıq və xaos yaratmaq üçün ona bağlı siyasi qüvvələri aktivləşdirməsi istisna ola bilməz, ikincisi, Moldovanın enerji təhlükəsizliyinə təhdid yarada bilər və nəhayət, Dnestryanı kartından istifadəyə əl atması da mümkündür,” - deyə A.Nərimanlı əlavə edib ki, Kremlin Ukrayna cəbhəsində əsas hədəflərindən biri Odessanı nəzarətə götürüb Moldovanın Dnestryanı bölgəsinə çıxış imkanı əldə etməkdir: “Ukraynada müharibənin gedişatı Rusiyanın xeyrinə olmasa belə, bu plan Kremlin gündəmində əsas prioritetlərdən biri olaraq qalır. Ukraynada nə zamansa atəşkəs təmin oluna bilər, amma bu atəşkəs müvəqqəti xarakter daşıyacaq. Bir neçə ildən sonra yenidən hərbi qarşıdurmanın başlayacağı təqdirdə Rusiyanın hədəfində Odessa da olacaq. Moldova Rusiya üçün strateji cəhətdən əhəmiyyətli bir regiondur. Kreml bu regionu itirmək istəmir. Rusiya bu ölkə ilə bağlı məqsədlərindən əl çəkməyəcək”.

Yunis ABDULLAYEV 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri