Qərb ölkələri Rusiyadan qorxur Putin
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukraynadakı münaqişədə birbaşa iştirakı və bunun Moskva üçün doğura biləcəyi nəticələr barədə xəbərdarlıq edib.
Modern.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Putin, Qərb dövlətlərinin hələlik öz ərazilərindən Rusiyaya qarşı hər hansı bir hərbi vasitəni işə salmağa risk etmədiklərini açıqlayıb:
"Çünki bunun ardınca gələcək cavab zərbəsinin miqyasını yaxşı anlayırlar".
Onun sözlərinə görə, Qərb məhz bu cavab zərbəsi qorxusuna görə Rusiya ərazisinə edilən hücumlardan maksimum dərəcədə uzaq durmağa və birbaşa məsuliyyəti öz üzərinə götürməməyə çalışır.
Rusiya Prezidenti fikrini əsaslandırmaq üçün son vaxtlar Baltikyanı ölkələrin hava məkanına daxil olan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentləri nümunə gətirib. O vurğulayıb ki, hətta bu cür vəziyyətlərdə belə, həmin ölkələr Moskvaya qarşı birbaşa ittihamlar irəli sürməkdən ehtiyat edirlər:
"Hətta belə situasiyalarda belə rəsmi ittihamlardan qaçırlar. Baş verənləri ya 'Ukrayna dronu', ya texniki səhv, ya da sistem qəzası kimi digər bəhanələrlə izah etməyə çalışırlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 İyun 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















