Icma.az
close
up
RU
QƏRB ORDULARI UKRAYNAYA GƏLİR “Bu, tarixi əhəmiyyətli qərar olacaq”

QƏRB ORDULARI UKRAYNAYA GƏLİR “Bu, tarixi əhəmiyyətli qərar olacaq”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna üçün təhlükəsizlik təminatı olaraq bu ölkəyə qoşun göndərməyə hazır olduqlarını açıqlayıb.

“Mən Britaniya hərbçilərinin, o cümlədən qadınların təhlükədə olacağı ilə əlaqədar öz məsiliyyətimi dərindən hiss edirəm. Lakin Ukraynanın təhlükəsizliyinin təminatında oynayacağımız istənilən rol həm ölkəmizin, həm də qitənin təhlükəsizliyini təminat altına almağa kömək edəcək. Bu müharibənin yekunu Putinin yeni hücumu üçün müvəqqəti möhlət yaratmamalıdır”, - deyə ser Starmer vurğulayıb.

O, ABŞ-nin təhlükəsizlik təminatının da möhkəm sülh üçün vacib olduğunu və bu məsələni Trampla müzakirə edəcəyini söyləyib. K.Starmer Rusiyaya, xüsusən onun enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi də zəruri sayıb.

Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, Avropa liderlərinin bu gün keçiriləcək fövqəladə zirvə toplantısında bütün bu məsələlər müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, Ukraynaya göndəriləcək hərbi kontingentin tərkibində Fransa hərbçiləri də xüsusi yer tutacaq: "Bu, tarixi əhəmiyyətli qərar olacaq. Hazırda gündəmi daha çox ABŞ-Avropa münasibətləri, ABŞ-Rusiya dialoquna Ukrayna və Avropanın cəlb edilib-edilməyəcəyi ilə bağlı mövzular zəbt etdiyindən, Rusiyanın nə qazanıb, nə itirəcəyi müzakirə edilmir. Putin də bunda maraqlıdır.

Əminliklə söyləmək mümkündür ki, Rusiya bu müharibənin sonunda, ingilislər başda olmaqla, Qərb qoşunlarının Ukraynaya, yəni Rusiya-Belarus sərhədlərinə yerləşdirilməsi ssenarisini heç düşünməmişdi. Müharibənin bu cür sonluqla bitməsi Putinin elan etdiyi vəzifələrə və məqsədlərə tamamilə zidd olan yeni reallıqlar ortaya çıxaracaq. Çünki 18-19% ərazilərini itirmiş halda da olsa, qonşuluqda yenə dənizə çıxışını qoruyub saxlamış müstəqil, milli Ukrayna dövləti mövcudiyyətini davam etdirəcək, özü də bu dəfə Qərb qoşunlarının mühafizəsi və qarantiyası altında".

Təhlilçi vurğulayır ki, bu, Rusiyanın bir daha Ukraynanı təhdid edə bilməyəcəyi və onu birdəfəlik itirəcəyi anlamına gəlir. "Halbuki rus imperializminin bu qanlı müharibəni başlatmaqda fundamental məqsədi Ukraynanı təkrar Moskvanın asılılığına qaytarmaqdan ibarət idi", - o əlavə edib.

Ş.Cəfərli əmindir ki, Rusiya içərisindəki şovinist-millətçi çevrələr əvvəl-axır Putini sorğulayacaqlar.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri