Icma.az
close
up
RU
Qərb Rusiyada siyasi sistemin dağılacağını düşünür, lakin... Slit

Qərb Rusiyada siyasi sistemin dağılacağını düşünür, lakin... Slit

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynaya qarşı müharibənin nə vaxt və hansı şərtlərlə başa çatmasından asılı olmayaraq, Rusiya digər dövlətlər üçün təhlükəli olaraq qalacaq. Lakin görünür, Qərbdə Rusiya ilə müharibədən sonrakı birgə yaşayışın mümkünlüyü ilə bağlı hələ də illüziyalar mövcuddur.

Axar.az xəbər verir ki, bu barədə "İndependent" qəzetinin yazarı Den Slit qeyd edib.

Məqalədə bildirilir ki, Qərbdə hələ də davamlı iqtisadi və hərbi təzyiqin sonda Moskvanı kursunu dəyişməyə məcbur edəcəyi və ya mövcud siyasi sistemin dağılmasına gətirib çıxaracağı ilə bağlı fərziyyə geniş yayılıb:

"Hər iki ssenari uzun illərdir Rusiyanın daxilində gedən proseslərin real mahiyyətini nəzərə almır. Söhbət, xüsusilə, əmək qabiliyyətli əhalinin sayının azalması, əmək məhsuldarlığının artım tempinin zəifləməsi, investisiyaların dövlət sektorunda cəmləşməsi və federal büdcədə enerji daşıyıcılarının ixracından əldə olunan gəlirlərin payının tədricən azalmasından gedir. Eyni zamanda siyasi hakimiyyət getdikcə daha çox mərkəzləşib, iqtisadi imkanlar isə mərkəzi hakimiyyətə sədaqətlə sıx şəkildə əlaqələndirilib. Ukraynaya qarşı genişmiqyaslı işğal isə bu problemləri daha da dərinləşdirib".

Müəllifin fikrincə, orta müddətli perspektivdə Kreml, böyük ehtimalla, genişmiqyaslı hərbi kampaniyalara deyil, daha ucuz və daha az resurs tələb edən təsir vasitələrinə – kiberhücumlara, diversiyalara, informasiya əməliyyatlarına, enerji rıçaqlarından istifadəyə və vasitəçilər üzərindən fəaliyyətə üstünlük verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyul 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri