Qərb Rusiyanı iqtisadi baxımdan məğlub edə bilməyib Putin
Icma.az bildirir, Metbuat portalına istinadən.
Qərb Rusiyanı iqtisadiyyat sahəsində strateji cəhətdən məğlub etməyə çalışıb, lakin bu baxımdan uğursuz olub.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Qərb Rusiya ilə əməkdaşlıq edən ölkələrə təzyiq edir və onları sanksiyalarla hədələyir. Putin ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın “BRİKS ölkələri yeni valyuta yaratmayacaqlarını öhdələrinə götürməsələr və dollardan uzaqlaşmağa cəhd etməsələr, 100 faiz gömrük rüsumu ilə üzləşəcəklər” açıqlamasını da dəyərləndirib. Onun sözlərinə görə, Trampın hakimiyyətdə olmadığı zamanda dünyada və ABŞ iqtisadiyyatında dəyişikliklər olub və Trampın siyasi rəqibləri dünyanın ehtiyat valyutası olan dolların əsaslarını sarsıtmaq üçün çox həmlələr ediblər.
ABŞ-ın Yaxın Şərqdəki siyasətini dəyərləndirən Putin, "ABŞ Yaxın Şərq bölgəsində aktiv və aqressiv davranır. Bu, bölgədəki müqavimət qüvvələrinin reaksiyasına səbəb olur” - deyə bildirib.
Baxış sayı:82
Bu xəbər 04 Dekabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















