Icma.az
close
up
RU
Qərb Rusiyaya qarşı koalisiya formalaşdırır ŞƏRH

Qərb Rusiyaya qarşı koalisiya formalaşdırır ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Məhəmməd Əsədullazadə: “Rusiyanın məqsədi Qərbi parçalamaq idi, amma özü təcrid olunur!”

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiya əleyhinə sanksiyaların 18-ci paketi ilə bağlı razılığa gəliblər. Bu barədə “X” sosial şəbəkədəki səhifəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas məlumat verib. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər siyahısına “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə məhdudiyyətlər, həmçinin Rusiya neftinə yeni qiymət həddinin tətbiqi daxildir.

Möhkəm dayandıqlarını vurğulayan K.Kallas qeyd edib ki, Aİ bu günə qədər Rusiyaya qarşı ən sərt sanksiya paketlərindən birini təsdiqləyib.  


Politoloq Məhəmməd Əsədullazadə isə  Sherg.az-a açıqlamasında Avropa İttifaqının və ABŞ-nin Rusiyaya qarşı sərt xətt siyasətinin yeni müstəviyə keçdiyini vurğulayıb. M.Əsədullazadə deyib ki, qətnamənin qəbuluna Slovakiya və Macarıstan veto qoyurdu: 

“Slovakiya Baş naziri qaz qiymətləri ilə bağlı Avropa Komissiyası ilə razılıq əldə etdikdən sonra, milli maraqlara uyğun olaraq bu qətnaməni dəstəkləyib. Macarıstan Baş naziri V.Orban isə Avropa İttifaqını tərk edəcəyi mesajını verib. Bu iki ölkə Ukraynaya hərbi və maliyyə yardımlarına qarşı olaraq Avropa İttifaqının birliyinə zərbə vururdu. Artıq Avropa İttifaqı hərbi və iqtisadi cəhətdən güclənərək hər iki ölkəni sıxışdıraraq Rusiyaya qarşı kəskin qətnamənin qəbuluna nail oldu”. 


Politoloq bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci paketi Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Həmçinin neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur: 

“Aİ rəhbərliyi bildirib ki, məqsəd Rusiyanın müharibə imkanlarını zəiflətməkdir. Təbii ki, bu sanksiyalar Rusiyanın neft sektoruna ciddi şəkildə mənfi təsir edəcək. Demək olar ki, Qərb Rusiyaya qarşı ciddi hərbi-siyasi və iqtisadi koalisiya formalaşdırır. Rusiyanın  Ukraynaya hərbi hücumunda əsas planı Qərbin birliyini və təhlükəsizlik arxitekturasını dağıtmaq idi. Hazırda Qərb daha da konsolidasiya olaraq Rusiyaya qarşı möhkəmlənir. Bununla da, Avropa İttifaqı yeni hərbi və siyasi mərkəz kimi geosiyasi mövqelərini gücləndirir. Eyni zamanda, Rusiyaya iqtisadi və hərbi təzyiqləri artıraraq Ukraynada strateji məğlubiyyətə uğradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyul 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri