“Qərb Ukraynanın nəfəs alması üçün atəşkəs istəyir” Zaxarova
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin 30 günlük atəşkəs mövzusunda israr etməsi barədə danışıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, XİN rəsmisinin sözlərinə görə, Qərb bu addımı qarşı tərəfin nəfəs alması üçün atır.
Ukraynanın, Almanya və Fransa tərəfindən müharibəyə hazırlandığını bildirən M.Zaxarova xatırladıb ki, eyni halda daha əvvəl də yaşanıb.
“O zaman Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın sabiq prezidenti Fransua Olland heç kimin Minsk razılaşmalarını yerinə yetirməyi planlaşdırmadığını və Ukraynanın Donbas problemini güc yolu ilə həll etməyə hazırlaşdığını söyləmişdilər. Zaman qazanmaq üçün isə anlaşmalara ehtiyac duyulduğunu bildirmişdilər. Bənzər hal indi də yaşanır. Eyni ölkələr Ukrayna ordusunun nəfəs alması və Rusiya ilə döyüşü davam etdirmək üçün hərbi imkanlarını bərpa etməyə görə 30 günlük atəşkəsə çağırış edirlər”, - deyə Mariya Zaxarova vurğulayıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 May 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















