Icma.az
close
up
RU
Qərb Universitetinin məktəbi şagirdlərə attestat vermir?

Qərb Universitetinin məktəbi şagirdlərə attestat vermir?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qərb Universiteti Tam Orta Məktəbi”nin 11-ci sinfi bitirmiş bəzi şagirdlərə attestat verməməsi haqda məlumatlar yayılıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, şagirdlərə 2 il ərzində ödəniş etmədikləri üçün bu addımın atıldığı deyilib. Amma valideynlər ödənişin nağd qaydada məktəbin rəsmi şəxsinə verildiyini qeyd ediblər: “Necə ola bilər ki, özəl məktəbdə şagird ödəniş etmədən 2 il təhsil alsın, qidalansın?!”  

Məsələyə “Qərb Universiteti Tam Orta Məktəbi” özü də reaksiya verib. Məktəbin adından sözügedən paylaşıma yazılan şərhdə məsələyə belə aydınlıq gətirilib: “Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz şagirdin - Adilzadə Emil Eldar oğlunun təhsilhaqqı ödənilmədiyi üçün artıq məktəb tərəfindən məhkəməyə müraciət olunub və yaxın günlərdə işə məhkəmədə baxılacaq. Eyni zamanda bildiririk ki, qanunvericiliyə uyğun olaraq təhsilhaqqı ancaq nağdsız qaydada qəbul olunur və qeyd olunan şagirdin valideynləri bu haqda məlumatlıdırlar. Belə ki, əvvəlki illərin təhsil haqları həmin şagirdin valideyinləri tərəfindən məktəbin bank hesabına ödənilib”.

Problemlə bağlı daha geniş açıqlama vermək üçün məktəbə sorğu ünvanlasaq da, hələ ki, müraciətimizə cavab verilməyib.

Qeyd edək ki, sözügedən məktəb Qərb Universitetinin nəzdində fəaliyyət göstərir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri