Icma.az
close
up
RU
Qərbi Azərbaycan abidələri: erməniləşdirilməyə cəhd edilən Tauzqala

Qərbi Azərbaycan abidələri: erməniləşdirilməyə cəhd edilən Tauzqala

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abidə Qərbi Azərbaycanın (indiki Ermənistanın) Tovuz mərzi deyilən ərazisində yerləşir. 1995-ci ildə ermənilər tarixi saxtakarlığa yol verərək ərazinin adını dəyişib “Tavuş” adlandırdılar. Tavuş Ermənistan Respublikasının 10 mərzindən biri hesab olunur. Tavuş Ermənistanın şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tavuş daha öncə Azərbaycanın Qazax qəzasının tərkibində olub.

Bu barədə AZƏRTAC-a AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirib. Onun sözlərinə görə, abidənin yerləşdiyi ərazinin adı qədim türkcədən tərcümədə dağ üstündə qala mənasını verir - "Tau ust qala". Qalanın adı ərazinin adından götürülərək Tavus adlandırılıb. Bəzi mənbələrdə Qalanı III əsrdə əraziyə köç edən hunlar tərəfindən tikdikləri bildirilir.

“Tauz-qalanın yerləşdiyi coğrafi ərazi keçmiş Şəmsəddil Sultanlığının ərazisi olub. Şəmsəddil sultanlığı 1747-ci ildə yaranmışdı. Ərazisi 4200 verst, əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarət idi. Sultan Allahverdi Zülqədər ilk Şəmsəddil sultanı olub (1747-1761-ci illər). Şəmsəddilin ən qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819). Sultanlığın mərkəzi indiki Tovuz rayonu ərazisindəki Öksüzlü obası olub. Şəmsəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli çarlığına tabe olsa da, müstəqil siyasət yürüdürdü. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmsəddil sultanlığı 1801-ci ildə ləğv edilərək zorla Rusiyanın tərkibinə qatılmışdı”, - deyə o əlavə edib.

Alim vurğulayıb ki, qala strateji əhəmiyyətli ərazidə yerləşir, ətrafı qülləli mühafizə divarları və sıldırım qayalarla əhatələnib. Qalanın daxilində bir neçə inzibati bina və yaşayış evləri olsa da, hamısı ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib. Binaların üzərlərindəki divar yazıları, loqolar və digər bədii daş nümunələri ermənilər tərəfindən çıxarılaraq ya məhv edilib, ya da naməlum istiqamətə daşınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri