Icma.az
close
up
RU
Qərbi Azərbaycan həyəcanı Paşinyan açıqlama verdi KONKRET

Qərbi Azərbaycan həyəcanı Paşinyan açıqlama verdi KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması barədə Azərbaycanın mövqeyi qətiləşdikcə, Ermənistanda panika dərinləşir.

KONKRET.az xəbər verir ki, xüsusilə Ter-Petrosyanın 23 iyul 1993-cü ildəki çıxışının yayılmasından sonra rəsmi Bakının bu məsələdə əlinin hüquqi baxımdan güclənməsindən erməni ictimaiyyəti narahatlıqlarını gizlətmirlər. Petrosyan azərbaycanlıların silah gücünə, terrorçu “Yerkrapa” qüvvələrinin də xüsusi canfəşanlığı ilə qovulduğunu təsdiqləyib və bu video-çıxış erməni faşizmini ifşa edən növbəti fakt olaraq qeydə alınıb. Azərbaycanın bu faktdan lazımınca istifadə edəcəyini anlayan ermənilər buna qarşı “B variantı” hazırlanmalı olduğu haqda hay-küy başladıblar.

Ermənistan Baş naziri Nikol Paşinyan bu mövzuda danışıb və erməni faşizmi barədə son üzə çıxan faktdan qaça bilmədiyini dolayısı ilə təsdiqləyib. Buna cavab olaraq isə “sülh gündəliyinə sonadək sadiq qalacaqları” “düstrunu” təklif edib.

Erməni politoloqların ciddi tənqidinə baxmayaraq, əslində Nikol Paşinyanın Ermənistanın əvvəlki 3 prezidentinin hazırda ifşa olunan əməllərindən hüquqi müstəvidə xilas olmağa can atdığı aydın görünür. Buna görə də o, “Qərbi Azərbaycan Qazaxda bitdiyi kimi, Qərbi Ermənistan da Armavirdə, Araz çayının yaxınlığında bitir” tezisini irəli sürüb. Belə görünür ki, Paşinyan “Qərbi Azərbaycan” anlayışını təhrif edərək, bunu Azərbaycanın torpaq iddiası kimi təqdim etməyə, buna qarşılıq olaraq isə özlərinin “Qərbi Ermənistan” deyə Türkiyəyə ərazi iddiasından əl çəkdiklərini göstərməyə çalışır. Guya hər ikisi təcavüz istəyidir – Ermənistan “Qərbi Ermənistan” iddiasından əl çəkir və Azərbaycan da “Qərbi Azərbaycan”dan imtina etməlidir.

Halbuki tarixi “Qərbi Azərbaycan” anlayışı Göyçə, Qərbi Zəngəzur, Dərələyəz kimi mahalların Azərbaycan Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tutmur, 1988-ci ilə qədər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların geridönüşünü təsbit edir. Çünki Petrosyanın da etiraf etdiyi kimi, bu azərbaycanlılar öz torpaqlarından silah gücünə qovulublar və onları qovmaq üçün erməni terrorçular 216 mülki azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər.

Digər tərəfdən, Paşinyan siyasi-informativ manipulyasiya ilə guya qonşu ölkələrin ərazisinə iddia etmədiklərini bildirsə də, sürətlə silahlanır və Azərbaycanla sərhəddə bunkerlər, tunellər inşa edilir. O cümlədən, Ermənistanın müdafiə naziri Suren Papikyan 2014-cü ildə Qarabağ, Naxçıvan (Azərbaycan), “Qərbi Ermənistan” (Türkiyə) və Cavaxetiya (Gürcüstan) ərazilərinə iddia edən “bayraqlar simvolikası” paylaşımını öz sosial şəbəkə hesabında hələ də saxlamaqdadır. Qonşu ölkələrin ərazisinə iddia edən bir şəxsin Ermənistanda müdafiə naziri vəzifəsini tutması isə Paşinyanın hazırkı açıqlamalarının “özünüqoruma instikti” olduğunu sübut edir.

Yeri gəlmişkən qeyd edək ki, Nikol Paşinyanın özündən əvvəlki hökumət və dövlət başçılarından guya “daha konstruktiv” olması barədə fikirlər də illüziyadır. Paşinyanın Şuşada rəqsi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri hər kəsin xatirindədir. Paşinyanın “konstruktiv” deyil, işğal siyasətindən də qətiyyən əl çəkməyib, sadəcə, Ordumuz Paşinyanı işğal siyasətindən əl çəkməyə məcbur edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri