Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması Blinkenə etiraz etdi

Qərbi Azərbaycan İcması Blinkenə etiraz etdi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Antoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə artıq tendensiya halını almış kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

Bəyanatda vurğulanıb ki, ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç birnüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer alıb:

"Təəssüf ki, biz bu illərdə ABŞ-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, biz Qərbi azərbaycanlıları deportasiya etməsini pislədiyini görmədik. ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç birnüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer aldı. Vətən müharibəsindən sonra bütün bunların, xüsusilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibətdə ABŞ-nin fərqli yanaşmasının bir daha şahidi olduq. ABŞ-nin dinc yolla öz dədə-baba yurdlarına qayıdış xəttini seçən Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı məktuba heç bir reaksiya vermədiyini, lakin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində iştirak edən və bu günün özündə də Ermənistanda Azərbaycanın suverenliyini təhdid edən separatçılara qucaq açdığını, viza verdiyini, ABŞ-ın müxtəlif təsisatlarında çıxış etmək imkanı yaratdığını gördük".

Qeyd edilib ki, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirib:

"Özünü dini azadlıqlara hörmət edən ölkə kimi qələmə verən, “mötəbər” hesabatlar hazırlayaraq ölkələri müxtəlif uydurma siyahılara daxil edən, Qarabağda “erməni irsi”nin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edən ABŞ-nin Azərbaycan xalqının Ermənistan ərazisində zəngin mədəni irsinin dağıdılmasını, təhrif edilməsini pislədiyini eşitmədik. Bütün bunlara görə də, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi. ABŞ “insan hüquqları” mövzusunu, yalan xəbər mediasını, “müstəqil” QHT-ləri Azərbaycana qarşı silah kimi istifadə etməkdənsə, qoy özü ən əsas beynəlxlaq insan hüquqları konvensiyalarına qoşulsun, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında yer almış polis tərəfindən həddindən artıq gücün tətbiq edilməsi, hüquq-mühafizə orqanlarının irqi əsasda məlumatlar toplaması(racial profiling), strukturlaşdırılmış irqçilik kimi praktikalara son qoysun, silah zorakılığı problemini həll etsin, məhbuslara verilən işgəncə hallarını və digər qanunsuz əməlləri araşdırsın".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri