Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirildi

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirildi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Bu çərçivədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi Qərbi Azərbaycanla bağlı faktların dəqiq və peşəkar formada ortaya qoyulmasına mühüm töhfə verir

Qərbi Azərbaycan İcması bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirməkdədir. Qərbi Azərbaycan İcmasında İrəvan Qazısı Bəxtiyar Nəcəfovla keçirilən görüş bu istiqamətdə  atılan növbəti addımlardandır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin  sədri, millət vəkili Əziz Ələkbərli  qonağı salamlayaraq bildirdi ki, Qərbi Azərbaycanda tarixi boyu çoxsaylı məscidlər, dini ocaqlar, pir və ziyarətgahlar mövcud olub və onların böyük bir qismi hazırda erməni vandalları tərəfindən dağıdılmış və təhrif edilmiş vəziyyətdədir. O, İcmanın bu irsi faktoloji əsaslarla yenidən araşdırmaq, mövcud məlumatları dəqiqləşdirmək və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl iş apardığını vurğulayıb.

Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov və İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli dini-mənəvi irsin araşdırılması, institusional əməkdaşlığın gücləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda təqdimatı istiqamətində qonaqla fikir mübadiləsi aparıblar.

İrəvan qazısı Hacı Bəxtiyar Nəcəfov səmimi görüşə görə təşəkkürünü bildirib, dini dəyərlərin cəmiyyətdə oynadığı rol və mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd edib. O, Qərbi Azərbaycan məsələsinin yalnız siyasi deyil, həm də dini-mənəvi və mədəni məsələ olduğunu vurğulayaraq, qazılığın bu istiqamətdə İcma və onun strukturları ilə sıx əməkdaşlığının vacib olduğunu bildirib. Onun fikrincə, İcmada Qərbi Azərbaycanın bütün bölgələrinin insanları kənd və rayon icmaları şəklində birləşdiyindən onun imkanlarını heç bir qurumla müqayisə etmək olmaz. Qazı həmçinin sülhün, mənəvi birliyin və dini həmrəyliyin bölgədə sabitlik üçün mühüm şərt olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər dini irsin araşdırılması, tarixi faktların toplanması və ictimai maarifləndirmə işlərinin koordinasiyalı şəkildə aparılması barədə razılığa gəliblər. Tədbir simvolik hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri