Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması təkcə qərbi azərbaycanlılarınmı təşkilatıdır?

Qərbi Azərbaycan İcması təkcə qərbi azərbaycanlılarınmı təşkilatıdır?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncaqda bu ictimai birlik "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilib və fəaliyyətini yenilənmiş formada davam etdirir.

İcmanın əsas məqsədi müxtəlif dövrlərdə etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarını müdafiə etmək, onların ictimai-mədəni birliyinə nail olmaq və beynəlxalq müstəvidə bu hüquqların bərpasına çalışmaqdır. Eyni zamanda, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsin qorunması, bu irsin təbliği və məhv edilməsinin qarşısının alınması da təşkilatın əsas vəzifələri sırasındadır.

2023-cü ilin yanvarında Qərbi azərbaycanlıların Ermənistana qayıdışını nəzərdə tutan Qayıdış Konsepsiyası ictimaiyyətə təqdim edildi. Konsepsiyada qayıdışın hüquqi, sosial, mədəni, demoqrafik və inzibati əsasları ilə yanaşı, qayıdanların Azərbaycanla sərbəst və maneəsiz əlaqə imkanlarının təmin edilməsi və Ermənistandakı azərbaycanlılara məxsus mədəni irs nümunələrinin qorunması məsələləri də öz əksini tapıb. 2024-cü ilin oktyabrında isə Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

Qərbi Azərbaycan İcmasının fəaliyyəti təkcə Qərbi Azərbaycandan olan şəxslərlə məhdudlaşmır. Təşkilatın nizamnaməsinə əsasən, bu icmaya əslən Qərbi Azərbaycandan olmayan şəxslər də üzv ola və aktiv şəkildə təmsil oluna bilərlər. Bu, bir sıra çevrələrdə müsbət qarşılanmaqla yanaşı, bəzən tənqid və suallar da doğurur. Lakin İcmanın mövqeyi aydındır: Qərbi Azərbaycan məsələsi bütövlükdə Azərbaycan xalqının milli marağıdır. Bu səbəbdən də regiondan olmayan, lakin azərbaycançılıq ideyasını dəstəkləyən, Qərbi Azərbaycana qayıdış prosesinə töhfə vermək istəyən hər kəs bu təşkilatda yer ala bilər. Burada məqsəd etnik və coğrafi mənsubiyyətə görə ayrım yaratmaq deyil, əksinə, Azərbaycanın tarixi torpaqları ilə bağlı hüquqi və mənəvi məsələlərdə vahid milli iradənin formalaşdırılmasıdır.

Qayıdış məsələsi təkcə deportasiya olunanların deyil, ümumən Azərbaycanın gələcəyinə yönəlmiş strateji hədəfdir. Əslən haralı olmağın, hansı rayonda doğulmağın önəmi yoxdur – əsas olan Qərbi Azərbaycana qayıdış prosesinə dəstək vermək, ictimai təşəbbüslərdə iştirak etmək və bu məsələdə ümummilli həmrəyliyi təmin etməkdir.

Bir sözlə, Qərbi Azərbaycan İcması bir regionun deyil, bir millətin tarixini və hüququnu təmsil edən platformadır. Bu platformada təmsil olunmaq üçün yalnız Qərbi Azərbaycan mənşəli olmaq şərt deyil – azərbaycanlı olmaq, azərbaycançılığa inanmaq və bu ideyaya sadiq qalmaq yetərlidir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, bu, bir milli məsələdir: ”Birliyin nizamnaməsi də Qərbi Azərbaycan kökənləri olmayan şəxslərin üzv kimi qəbuluna məhdudiyyət qoymur. Bu cür fikirlər səsləndirmək doğru deyil. Bu təşkilata regionalıq damğasını vurmağa ehtiyac yoxdur. Bu damğanı vurmaq istəyənlərin niyyəti hər zaman puç olacaq. Belə məkrli fikirlər süni şəkildə ortaya atılıb. Ən böyük uğurumuz ondan ibarətdir ki, biz bunu ümummilli məsələ kimi ortaya qoya bildik”.

Millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Qərbi Azərbaycana qayıdış milli ideyanın tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycanı bütöv görən hər kəs özünü həm də Qərbi azərbaycanlı hesab edir: ”Prinsip etibarı ilə Qərbi Azərbaycanda doğulmayan, əslən ora bağlı olmayan insanların bu ideyaya dəstək verməsindən təbii bir hal ola bilməz. Torpaqlarımız işğal altında olduğu zaman kəsimində hər birimiz özümüzü Qarabağlı, Şərqi Zəngəzurlu hesab edirdiksə və onun işğaldan azad olunmasında bütöv Azərbaycan mücadilə edirdisə, eyni yanaşmanı Qərbi Azərbaycana qayıdış platformasına və Qərbi Azərbaycan İcmasına münasibətdə nümayiş etdirmək lazımdır. Azərbaycanı hissələrə, zərrələrə bölmək yanlış düşüncədir. Bu cür düşünən insanlar milli hədəfləri aydın görə bilmirlər. İndiki şəraitdə prinsip etibarı ilə mən də özümü Qərbi Azərbaycana qayıdış prosesi, ədalət bərpa olunana qədər özümü Qərbi azərbaycanlı, bütövlükdə isə bütöv azərbaycanlı hesab edirəm. İdeyanı, milli hədəflərimizi dəstəkləyib bu prosesdə yer almışamsa, bu dəstəyi təqdir etmək lazımdır”.

“Yeni Müsavat” qəzetinin icmaya üzv olan əməkdaşı, tanınmış jurnalist Elşad Paşasoy da məsələyə münasibət bildirib: “Bir sıra hallarda Qərbi Azərbaycan İcmasına Qərbi Azərbaycanla kök bağlılığı olmayan şəxslərin üzlüyə qəbul edilməsi təəccüblə qarşılanır və yumşaq ifadə etsək, yersiz şərhlərlə rastlaşırıq. Çox absurd və əcaib, həm də dövlətin, xalqın elan olunan hədəflərinə, milli ideologiyamıza xələl gətirən, eyni zamanda əleyhdarlarımızın əlinə işləyən iddialardır. Eyni zamanda bu kimi qərəzli yanaşmalar bölücülüyə xidmət edir. Məgər Qarabağ, Şərqi Zəngəzur torpaqları işğalda olarkən o mövzudan bəhs edənlərə, torpaqlarımızı azad etmək üçün əlindən gələni etməyə çalışanlara hansısa qadağalar, sərhədlərmi qoyulmuşdu? “Hamımız qarabağlıyıq”, demirdikmi? “Şuşasız Azərbaycan ola bilməz”, andına sadiqliyimiz, milli birliyimiz bizə Böyük Zəfəri qazandırmadımı? İndi necə demək olar ki, Qərbi Azərbaycan məsələsi ancaq Qərbi azərbaycanlılara məxsusdur və deportasiyaya məruz qalmayan azərbaycanlılar “gedib öz işi ilə məşğul olmalıdır?” Bu barədə düşünməyin özü belə, yanlışdır, zərərlidir, millətin ruhunda çat yaratmağa yönəlik qəsddir. Olmaz! Qərbi Azərbaycan hamımızındır, o mənada Qərbi Azərbaycana istisna hal kimi əslən Qərbi Azərbaycandan olmayan, amma on illər boyunca Qarabağ və Qərbi Zəngəzur həqiqətlərini dilə gətirən, yazan, araşdıran şəxslərin bir neçəsinə üzvlük vəsiqəsinin verilməsi də rəmzi məna daşıyır, birliyimizi simvolizə edən müsbət qərardır. Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan mövzusu kimlər üçünsə şəxsi mənafe, mənsəb, məqsəd obyekti ola bilməz, bu, müqəddəs ali hədəfdir, milli ideologiyamızın prioritet istiqaməti, ünvanıdır. O mənada kimlərsə narahat olmasın, inşallah Qərbi Azərbaycana qayıdacaq hər bir azərbaycanlının evi elə bizim hər birimizin üzünə açıq olacaq. Bir daha qeyd etməkdə fayda var: Qərbi Azərbaycan İcmasının nə Nizamnaməsində, nə Qayıdış Konsepsiyasında hansısa regional faktor yer almır və məhdudiyyətlər nəzərdə tutulmayıb. Bu, ali hədəfdir, Qarabağ kimi, Şərqi Zəngəzur kimi! Amma cənab Prezident bəyan edib ki, biz o torpaqlara tanklarla deyil, avtomobillərlə qayıdacağıq!

Qərbi Azərbaycan hamımızındır, Bütöv Azərbaycanın düşmən ayaqları altında inləyən bir parçası olaraq, onun səsinə səs vermək, “Hamımız Qərbi Azərbaycanlıyıq!” amalı birgə addımlamaq hamımızın borcudur. Bilirsinizmi, Qərbi Azərbaycan məsələsi nə qədər böyük məsələdir?! Tarixi fürsət yaranıb, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti nəticəsində: Qərbi Azərbaycana ləyaqətli qayıdışa nail olmağımız Qarabağda, Şərqi Zəngəzurdakı qələbələrimizin də təhlükəsizliyi demək olacaq, Ermənistan rəhbərliyi Qərbi Azərbaycana qayıdan yüz minlərin etirazından çəkinərək bir daha Naxçıvana, Qarabağa, digər ərazilərə “dil” uzatmağa cürət etməyəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri