Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının 2026 cı il hədəfləri müzakirə ediləcək

Qərbi Azərbaycan İcmasının 2026 cı il hədəfləri müzakirə ediləcək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 20-də Qərbi Azərbaycan İcmasının növbəti iclası olacaq.

Bu barədə İcmanın mətbuat katibi, Qərbi Azərbaycan Televiziyasının əməkdaşı Lamiyə Rövşənqızı Modern.az-a məlumat verib.

Yığıncaqda icmanın 2026-cı ilə aid planlarının müzakirəsi gözlənilir.  

L.Rövşənqızı qeyd edib ki, təşkilat Ermənistan ərazisindəki qədim tikililərin təbliği işində nəşrləri davam etdirəcək:

“Bu istiqamətdə nəşr edilmiş “Qərbi Azərbaycan irsi” kitabı indiki Ermənistanda yaşamış Qərbi Azərbaycanlıların dağıdılmış məzarlıqlarının monitorinqini əks etdirir. 

Kitab fərqli üslublarla əldə edilib. Nəşr süni peyk vasitəsi ilə müşahidələrin nəticəsində ərsəyə gəlib. Məsafədən tədqiqat hər bir kənd üzərində aparılıb. Avropa ərazisindən aparılan peyk müşahidəsi sübut edir ki, yüzlərlə azərbaycanlı qəbiristanlığı məhv edilib, üzərində yanacaqdoldurma məntəqəsi tikilməsi, yol çəkilməsi faktları sübuta yetirilib".

Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.

Kitabın birinci cildi Prezident Kitabxanasının fonduna daxil edilib:

"Qərbi Azərbaycan İcmasının fəaliyyətində siyasi yük yoxdur. Bu, mənəvi gerçəkliyimizdir. Mədəni irsimizin əlçatan olması, torpaqlarımızla təmasda ola bilməyimiz beynəlxalq hüquqa əsaslanan haqqımızdır. Ermənistan hökuməti “Qərbi Azərbaycan” ifadəsindən qorxmamalıdır. Hər bir dövlət ərazisindəki istənilən tarixi izi qorumağa borcludur”.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilən, 14.02.1992-ci il tarixdə həmin adla dövlət qeydiyyatına alınan, 05.09.2014-cü ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi” adı ilə təkrar dövlət qeydiyyatına götürülən təşkilatın hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib.

İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri