Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının bu ölkələrdə nümayəndəlikləri var ÖZƏL

Qərbi Azərbaycan İcmasının bu ölkələrdə nümayəndəlikləri var ÖZƏL

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının fəaliyyətinin çərçivə sənədidir və bu sənəddə bizim qayıdış uğrunda mübarizəmizin və qayıdışımızın bütün detalları öz əksini tapıb.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.

Deputat vurğulayıb ki, İcmanın Nizamnaməsində xarici ölkələrdə nümayəndəliklərin yaradılması məsələsi öz əksini tapıb:

"Təbii ki, beynəlxalq əlaqələrin qurulması da bizim üçün son dərəcə vacibdir. Əvvəla ona görə ki, bizim qayıdışımız ilk növbədə beynəlxalq hüquqa əsaslanır, problemi beynəlxalq hüququn predmetinə çevirmək üçün isə əlimizdə kifayət qədər hüquqi əsas olmalıdır, bu əsas isə, hər şeydən əvvəl, Qərbi Azərbaycan həqiqətləridir. Deməli, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə daşınması bizim üçün prioritet məsələdir. Bu isə aydındır ki, beynəlxalq əlaqələrin qurulmasını tələb edir. Elə Qərbi Azərbaycan İcmasının Nizamnaməsində də xarici ölkələrdə nümayəndəliklərimizin yaradılması məsələsi özünə yer alıb. Başqa istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də İcmamız ilk gündən fəaliyyət göstərir".

İcma sədri qeyd edib ki, artıq bir sıra ölkələrdə nümayəndəliklərimiz və ofislərimiz açılıb.

"İldə bir dəfə Azərbaycanda keçirilən beynəlxalq konfransda xaricdən çoxlu sayda mütəxəssislər, hüquqşünaslar, ekspertlər, siyasət adamları iştirak və çıxış edir. Hər il müxtəlif xarici ölkələrdə neçə-neçə konfrans və sərgilər keçirilir. Tədbirlərimizə xarici ölkələrin Azərbaycandakı diplomatik korpusu dəvət olunur. Elə təkcə bu il İcmamızın xətti ilə üç böyük beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulub və hazırlıq işləri gedir. Yeri gəlmişkən, son iki ildə İcmamızın doqquz sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. Nəzərə alsaq ki, İcmamız hələ fəaliyyətinin ilkin mərhələsindədir, demək, görüləcək işlər hələ çoxdur və qarşı tərəf yeni-yeni sürprizlərə hazır olmalıdır".

Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcmasının artıq Fransa və Niderlandda nümayəndəlikləri fəaliyyət göstərir.

Xatırladaq ki, ötən il Qərbi Azərbaycan İcması Türkiyədə ofis açıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri