Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının Naxçıvan Nümayəndəliyi görüş keçirib FOTOLAR

Qərbi Azərbaycan İcmasının Naxçıvan Nümayəndəliyi görüş keçirib FOTOLAR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev Naxçıvanda məskunlaşmış Qərbi azərbaycanlıların bir qrup nümayəndəsi ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Elbrus İsayev Qərbi Azərbaycan məsələsinin dövlətimiz üçün prioritet olduğunu vurğulayıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad edilib və Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağına böyük ümid yaranıb.

Elbrus İsayev bildirib ki, muxtar respublikanın Ordubad, Sədərək və Kəngərli rayonlarında, həmçinin Naxçıvan şəhəri üzrə nümayəndələr seçilib və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq aləmdə təbliğ edilməsi və Naxçıvanda məskunlaşmış Qərbi azərbaycanlıların problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün layihə hazırlanıb.

Görüşdə muxtar respublikada Qərbi Azərbaycan əsilli soydaşlarımızla Muxtar Respublika Nümayəndəliyinin işinin gücləndirilməsi, onların xatirələri əsasında memuarların yazılması, folklorunun öyrənilməsi, televiziyada və mətbuatda yazıların və çıxışların hazırlanmasının vacibliyi qeyd edilib. Rektor qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərini müntəzəm təbliğ etmək məqsədilə Universitet Televiziyasında Qərbi Azərbaycan studiyası və universitetdə Qərbi Azərbaycan Mərkəzi yaradılacaq. Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyası ilə əlaqələrinin gücləndirilməsi də diqqət mərkəzindədir.

Qurumun Naxçıvan şəhəri üzrə nümayəndəsi Ədalət Hüseynov, Ordubad rayonu üzrə nümayəndəsi, Aytən Cəfərova, Sədərək rayonu üzrə nümayəndəsi Heydər Süleymanov, Kəngərli rayonu üzrə nümayəndəsi Ələsgər Haqverdiyev və Nümayəndəliyin koordinatoru Süsənbər Ağamalıyeva görüşdə iştirak ediblər və mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri