Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 20-da Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib.

525.az xəbər verir ki, yığıncaqda İcmanın İdarə Heyətinin, şuralarının sədrləri və üzvləri, Qərbi Azərbaycan üzrə icma sədrləri və İcmanın ölkə üzrə nümayəndələri iştirak ediblər.

Ümumi yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyev ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi protokola daxil edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. Administrasiya rəsmisi 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycan əsilli ziyalıların bir qrupu ilə görüşünün tarixi hadisə olduğunu və bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib.

O, Prezident İlham Əliyevin cari ildə müxtəlif platformalarda 9 dəfə Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırmasını, eləcə də noyabr ayında AMEA-nın 80 illik yubileyi çərçivəsində ziyalılar qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan məsələsi ilə bağlı yeni mərhələnin başlanğıcı olduğunu ifadə edib.

Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü ifadə edib.

İdarə Heyətinin sədri Əziz Ələkbərov yığıncaqda İcmanın birillik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. O, İcmanın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edib, görülmüş işlər, həyata keçirilmiş beynəlxalq təşəbbüslər, bütün ölkə ərazisində keçirirmiş tədbirlər, müxtəlif platformalarda aparılan maarifləndirici fəaliyyət barədə ətraflı məlumat verib.

Ə.Ələkbərov bildirib ki, qarşıdakı mərhələdə İcmanın əsas məqsədi Qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanıdılması, bu hüququn müdafiəsi istiqamətində institusional fəaliyyətin daha da gücləndirilməsidir.

Sədr bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini bildirib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün əlaqədar təşkilatlara təşəkkürünü bildirib.

Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov İcmanın maliyyə hesabatı ilə bağlı çıxış edərək vəsaitlərin şəffaf və məqsədyönlü şəkildə idarə olunduğunu, maliyyə və kargüzarlıq fəaliyyətinin hesabat dövrü ərzində Nizamnamənin tələblərinə uyğun həyata keçirildiyini diqqətə çatdırıb.

Müşahidə Şurasının sədri professor Misir Mərdanov İcmanın fəaliyyətində ictimai nəzarətin əhəmiyyətini vurğulayaraq, qərarların qəbulunda kollegiallıq və şəffaflıq prinsiplərinin qorunmasının vacibliyini qeyd edib.

Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov Qərbi Azərbaycan məsələsinin tarixi yaddaş və milli kimlik baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu məsələnin cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə daim gündəmdə saxlanılmasının əhəmiyyətini vurğulayıb.

Zialılar Şurasının sədr müavini professor Fərrux Rüstəmov Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə aparılan tədqiqatlar və nəşrlər barəsində danışıb.

Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Qərbi Azərbaycan məsələsində qadınların fəal iştirakının əhəmiyyətini önə çəkib, humanitar fəaliyyətlər və sosial təşəbbüslər çərçivəsində Qadınlar Şurasının gördüyü işlərdən bəhs edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri