Icma.az
close
up
RU
Qərbi Azərbaycan irsi Tap Qaraqoyunluda təqdim olundu

Qərbi Azərbaycan irsi Tap Qaraqoyunluda təqdim olundu

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində keçirilən tədbir bir daha sübut etdi ki, tarix yalnız yaddaş deyil, həm də milli kimliyimizin sütunudur. 

Tap Qaraqoyunlu kənd Mədəniyyət evində təşkil olunan görüşdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, inzibati ərazi dairəsi üzrə nümayəndələr, kəndin tanınmış ziyalıları və sakinləri iştirak ediblər.

Təqdim olunan kitab Qərbi Azərbaycan ərazisindəki tarixi abidələr, qəbiristanlıqlar, məscidlər, məktəblər və digər mədəni-mənəvi miras nümunələrinin erməni vandalizminə məruz qalmasını sənədləşdirən dəyərli mənbədir. Kitabda təkcə faktlar deyil, həm də bir xalqın yaddaşı, iztirabı və haqq mübarizəsi əks olunub.

Tədbirdə nümayiş etdirilən videoçarx bu reallıqları daha da aydın və emosional şəkildə ortaya qoydu. Qərbi Azərbaycanın dinc sakinlərinin illər boyunca yaşadıqları deportasiya dalğaları, erməni işğalı zamanı törədilən vəhşiliklər, tarixi izlərin silinməsi cəhdləri bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıldı.

Çıxış edən natiqlər vurğuladılar ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarımız 1905-ci ildən 1988-ci ilə qədər müxtəlif mərhələlərlə öz doğma yurdlarından zorla qovulublar. Bu hadisələr Azərbaycan xalqının yaddaşına dərin izlər buraxıb. Ancaq bu gün ölkəmiz tarixi ədalətin bərpası istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdür.

“Bu kitab təkcə arxiv faktları deyil, həm də mənəvi borcumuzun ifadəsidir,” – deyə tədbirdə çıxış edən ziyalılar vurğulayıblar. Onların sözlərinə görə, belə nəşrlər gələcək nəsillərə bu faciələrin unudulmaması, həqiqətlərin yaşadılması və dünyaya çatdırılması üçün 

Tədbirdə çıxış edənlər Qərbi Azərbaycan məsələsinin ölkənin siyasi prioritetlərindən biri olduğunu xüsusi qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və prinsipial siyasət bu məsələnin beynəlxalq hüquq çərçivəsində, sülh və ədalət yolu ilə həllinə yönəlib.

Azərbaycan dövləti açıq şəkildə bəyan edir ki, Qərbi Azərbaycana qayıdış xalqımızın hüququdur və bu hüquq beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçiriləcək. 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfər artıq bu istiqamətdə yeni mərhələnin əsasını qoyub.

Tap Qaraqoyunluda keçirilən bu təqdimat bir daha sübut etdi ki, tariximizi unutmadıq, keçmişimizi silmək istəyənlərə qarşı milli yaddaşla cavab veririk. “Qərbi Azərbaycan” irsi kitabı təkcə bir nəşr deyil – milli kimliyimizin, xalqımızın yaşadığı iztirabların və eyni zamanda, onun yenilməz ruhunun salnaməsidir. 

Azərbaycan xalqı əmindir: ədalətli qayıdış günəşi doğacaq və biz bir gün doğma torpaqlarımıza sülh, sabitlik və hüquq çərçivəsində qayıdacağıq. O günə qədər bu kimi təşəbbüslər həqiqətlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hamlet Qasınov
XQ-nin bölgə müxbiri
Goranboy

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri