Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: “Dağlıq Borçalı ərazisi 1921 ci ildə Ermənistana birləşdirilib“

Qərbi Azərbaycan Xronikası: “Dağlıq Borçalı ərazisi 1921 ci ildə Ermənistana birləşdirilib“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Barana Rayon İcmasının sədri Osman Hacıyev olub.

O, Barana rayonundan, ümumilikdə Loru mahalından söhbət açıb. Bildirib ki, Loru mahalı Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı - Dağlıq Borçalı ərazisi də deyilir. Müsahibin sözlərinə görə, 1921-ci ildə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilib. Həmin tarixdən etibarən Dağlıq Borçalı ərazisi Ermənistana birləşdirilib. 1922-ci ildə Vorontsovka bölgəsi də Ermənistan SSR-in Loru-Pəmbək qəzasına qatılıb. 1930-cu ildə isə Loru mahalı ərazisində 4 rayon - Barana, Allahverdi, Cəlaloğlu və Vorontsovka rayonları yaradılıb.

O.Hacıyev qeyd edib ki, bolşevik libasına bürünən daşnaklar ötən əsrin əvvəlində Barana rayonunda yerli əhaliyə divan tutub, böyük qırğınlar və dağıntılar törədiblər. Soydaşlarımıza qarşı belə münasibət indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da davam etdirilib. Ləmbəlinin, Körpülünün və azərbaycanlılar yaşayan digər kəndlərin adlı-sanlı sakinlərinə müxtəlif böhtanlar atılıb, onların fiziki məhvi istiqamətində siyasət yürüdülüb. İnsanlarla yanaşı, maddi-mədəniyyət abidələri də ermənilərin terroruna, vandalizminə məruz qalıb. Ermənilər tarixin izini silmək, soydaşlarımızı təhqir etmək üçün Ləmbəlidəki qədim qəbiristanlığı dağıdaraq yerində şərab zavodu inşa ediblər. İkinci Dünya müharibəsində yaş fərqinə baxmadan Dağlıq Borçalının əli silah tuta bilən bütün kişilərini, gənclərini, qocalarını məcburi qaydada cəbhəyə yollayıblar. 1948-1953-cü ilin deportasiyasında isə təkcə Ləmbəli kəndindən 86 ailə zorla köçürülüb. Bununla bərabər, Ləmbəli kəndinin adını iki dəfə dəyişiblər.

O.Hacıyev deyib ki, ermənilər onun babasına böhtan ataraq, əvvəlcə ona öz məzarını qazdırıblar, daha sonra xalqın gözü qarşısında güllələyiblər. Digər babası davamlı təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə köçməyə məcbur qalıb. İcma sədri söyləyib ki, 1988-ci il hadisələrində təkcə Barana rayonundan 8 mindən çox soydaşımız deportasiya olunub. Davamlı təzyiq və təhdidlərdən özünü, ailə üzvlərini xilas etmək istəyən soydaşlarımız Gürcüstan və Azərbaycan ərazisinə məcburən köç ediblər. Hazırda Barana Rayon İcmasında təşkilatlanma işinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdıran O.Hacıyev vurğulayıb ki, keçmiş məcburi köçkünlər Qarabağa qayıtdıqları kimi, Qərbi azərbaycanlılar da öz ata-baba yurdlarına gec-tez geri qayıdacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri