Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənistan region üçün atom bombasının işini davam etdirir

Qərbi Azərbaycan Xronikası: Ermənistan region üçün atom bombasının işini davam etdirir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Cənubi Qafqazın yeni Çernobılı: "Metsamor" adlı süjetdə rəsmi İrəvanın "Metsamor" Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq qərarından, bu məqsədlə 2025-ci il dövlət büdcəsindən 150 milyon dolların ayrılması planından bəhs olunub.

Bildirilib ki, Ermənistanın "Metsamor"la bağlı rəsmi açıqlaması Bakıda dünyanın iqlim problemlərinin müzakirə edildiyi vaxt bütün regionumuz üçün ekoloji fəlakətin davam etdiriləcəyinin etirafı hesab oluna bilər: "COP29 qlobal iqlim fəlakətlərinin qarşısını almaq üçün çıxış yollarının tapılması platformasıdır. Bu platformaya ev sahibliyi edən Azərbaycan 30 ildən çox Ermənistanın ekoloji hücumlarına da məruz qalıb. Qarabağın işğaldan azad edilməsindən sonra 30 il ərzində Ermənistanın törətdiyi və gizlətdiyi ekosid fəlakəti əyani şəkildə ortaya çıxdı. Eyni ssenari - təbiətin məhv edilməsi, bunun şüurlu və məqsədyönlü şəkildə baş verməsi tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda - Ermənistan adlanan ölkədə davam edir".

Qeyd olunub ki, "Metsamor" AES bunun ən dəhşətli nümunələrindən biridir və bu, Cənubi Qafqazın yeni Çernobılı adlandırılır: "Çünki istismar müddətini çoxdan başa vurmuş AES-in fəaliyyəti bütün çağırışlara baxmayaraq, Ermənistan hökuməti tərəfindən dayandırılmır. Beynəlxalq ictimaiyyət "Metsamor"un bağlanması üçün Ermənistan hakimiyyətinə çağırışlar etsə də, Paşinyan hakimiyyəti sələflərindən də irəli gedərək, AES-dən 2036-cı ilə qədər istifadə edəcəyini söyləyir".

Süjetdə diqqətə çatdırılıb ki, "Metsamor" AES bütün region ölkələri üçün "atom bombası" təhlükəsini yaradır: "Burada baş verə biləcək sızıntı, yaxud hansısa partlayış təkcə Ermənistanı yox, regionun bütün ölkələrini II Çernobıl təhlükəsi ilə üz-üzə qoyacaq. Azərbaycandan 120, Gürcüstandan 120, Türkiyədən 16, İrandan 60 kilometr məsafədə yerləşən "Metsamor"un hələ də fəaliyyət göstərməsi regionun ekoloji mühitini məhv edir".

Sonda vurğulanıb ki, Ermənistan bütün bu beynəlxalq tələblərə məhəl qoymadan, "Metsamor"un istismar müddətini uzatmaqda israrlıdır: "Bu qərar dünya üçün "SOS" olmalıdır, çünki "Metsamor"un fəaliyyəti regionda ekosid təhlükəsini hər keçən gün artırır və bütün regionun ekologiyası üçün "atom bombası" riskini aktual olaraq saxlayır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: Ermənistan region üçün "atom bombası"nın işini davam etdirir

Qərbi Azərbaycan Xronikası: Ermənistan region üçün "atom bombası"nın işini davam etdirir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri