Icma.az
close
up
RU
Qərbi Azərbaycana erməni köçü

Qərbi Azərbaycana erməni köçü

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Tətbiqi Tədqiqatlar Fondunuun 2025-ci ildə yerinə yetirdiyi “Cərbi Azərbaycana qayıdış haqqı” layihəsi çərçivəsində
Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra özünə xristian elementlərindən ibarət etnik dayaq yaratmaq üçün bir çox bölgələrə, həmçinin Azərbaycanın İrəvan bölgəsinə kütləvi şəkildə xristian mənşəli, xüsusilə də erməni əhalisini köçürməyə başladı. Müstəmləkəçi imperiyanın öz siyasi maraqlarına uyğun apardığı bu siyasət haqlı olaraq ərazidə ən qədim dövrlərdən yaşayan yerli azərbaycan türklərinin narazılığına səbəb olurdu ki, bu da imperiyanın öz siyasi maraqlarını istədiyi şəkildə həyata keçirməyə maneçilik törədirdi. Cənubi Qafqazda, həmçinin İrəvan bölgəsində öz siyasi-iqtisadi mənafelərini maneəsiz həyata keçirmək istəyən imperiya birinci addım kimi yerli türk-müsəlman əhalisini regiondan sıxışdırıb çıxarmaq və bu regiona xristian dininə mənsub olan əhalini yerləşdirməyə nail olmaq istəyirdi.
Çar Rusiyası 1828-ci ildə Cənubi Qafqazı işğal etdikdən sonra bu ərazilərə ermənilərin köçürülməsini təşkil etdi. 1826-1828-ci illərdə çar Rusiyası imperiyası ilə Qacarlar dövləti arasında baş verən müharibənin gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə 18 min erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza Qacarlar dövləti ərazisindən 40000, Osmanlı Türkiyəsindən isə 85000 nəfər erməni köçürüldü və onlar Yelizavetpol (1868) (1804-cü ilin yanvarınadək keçmiş Gəncə və Qarabağ xanlıqlarının əraziləri) və İrəvan (1849) quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində ermənilər üçün qondarma “Erməni Vilayəti” yaradıldı.

XIX əsrin 30-cu illərindən başlayaraq Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda həyata keçirilən xristian etiqadlı xalqların bu ərazilərə köçürülməsi işi getdikcə ardıcıl xarakter almağa, məqsədyönlü siyasətə çevrilmişdi. XIX əsrin axırlarında isə çar hökuməti köçürmə üzrə qanunvericilik aktlarının hazırlanmasına başlamışdı. 1899-cu il aprelin 15-də II Nikolay tərəfindən “Cənubi Qafqazda köçürməyə icazə” haqqında qanun imzalanmışdı. 1900-cü il dekabrın 22-də elan olunmuş yeni qanunda isə Qafqazda mülkü işlər üzrə baş rəisə icazə verilmişdi ki, “rus mənşəli və pravoslav dininə mənsub kəndlərin” vəsatətlərini yalnız ilkin qaydada müzakirə etməklə ,onları xəzinə torpaqlarında yerləşdirilməsi edilsin. Yerli hakimiyyət orqanları çarın bu sərəncamını həyata keçirərək artıq 1901-ci ilin martında köçürmə sahələrini müəyyənləşdirməyə başladılar. 1904-cü ilin iyulunda çar Rusiyası hökuməti tərəfindən daha yeni bir qanun verilmişdi: “Kənd əhlinin və əkinçi meşşanların könüllü surətdə haqqında müvəqqəti qaydalar” qanuna görə yalnız rus mənşəli, pravoslav dininə mənsub yerli adamların və ya üç idarənin – Daxili İşlər Nazirliyinin, Hərbi İdarənin və Qafqazda Mülkü İşlər üzrə Baş rəisin mülahizəsi ilə bölücü dini sektantlarına mənsub şəxslərin imperiyanın müsəlman ucqarlarına, o cümlədən də Cənubi Qafqaz diyarına köçürülməsinə icazə verilmişdi. Hələ çar Rusiyası tərəfindən Qafqaza göndərilmiş rus qafqazşünası İ.Şopen keçirdiyi siyahıyaalmada göstərirdi ki, Qacarlar dövləti və Osmanlı Türkiyəsi ərazilərindən İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə 57266 nəfər erməni köçürülmüşdü.
Castin Makkarti “Soyqırımı olmuşdurmu”? kitabında çar Rusiyasının o dövürkü müstəmləkə siyasətini xarakterizə edərək yazır ki, 1828 və 1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluya hücum etmiş və hər iki dəfə yerli ermənilər onların tərəfini saxlamışdılar. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə 100 min erməni tərəfdarını Qafqaza gətirmiş, onları qovulmuş müsəlmanların evlərində yerləşdirmişlər. O yazır: “...biz dəqiq bilirik ki, 1820-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni rus imperiyasının ərazisinə köçürülmüşdür. 2 mln. müsəlman isə Rusiyadan getmişdir”.
Cənubi Qafqazda araşdırmalar aparmış rus tədqiqatçısı Zelinski XVIII əsrdə İrəvanda, Qarabağda ermənilərin həm sayca, həm də yaşadıqları ərazi baxımından çox az olduğunu qeyd edirdi. O yazırdı ki,: “Zəngəzurda XIX əsrə qədər cəmi üç erməni kəndi olmuşdu”.
İndiki Ermənistan Respublikası ərazisində (Qərbi Azərbaycanda) erməni dövlətinin olmadığını erməni alimi B.İşxanyan da etiraf edərək yazırdı ki, “ermənilər Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlər ərzində yayılmışlar... Qarabağda yaşayan ermənilərin bir hissəsi aborigendirlər, qədim albanların nəsilləridir..., bir hissəsi isə Türkiyədən və İrandan qaçıb gəlmələrdir”. Ermənilərin bu ərazilərə gəlmə olduqları ilə bağlı 1907-ci ildə Cənubi Qafqaz üzrə rus pravoslav kilsəsinin sinodunun müfəttişi A.Frenkel qeyd edirdi ki,:” yerli ermənilər gəlmə ermənilərdən fərqlənirdilər, onlar gəlmələrlə bir-birlərini demək olar ki, başa düşmürlər, hətta onların arasında nikahlar da çox nadir hallarda baş tuturdu”. 1896-cı ildə Cənubi Qafqazın baş Mülki rəisi general-adyutant Şeremetyev də özünün qeydlərində Cənubi Qafqazda ermənilərin 900000 nəfərə yaxın olduğunu, 1908-ci ildə isə onların sayının 1300000 nəfərə çatdığını yazırdı.
Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət bütün XIX əsr ərzində davam etmiş və nəticədə Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı çar məmuru və publisist N.Şavrovun 1911-ci ildə yazdığı kimi: “Hazırda Cənubi Qafqazda yaşayan 1 mln. 300 min erməninin 1 mln nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən buraya köçürülənlərdir”. XX əsrin əvvəlində onların Cənubi Qafqazda ən başlıca himayədarı olan Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov 1912-ci ilin oktyabrın 12-də çar II Nikolaya məktubla müraciət edərək yazırdı: “Həmişə bizə böyük xidmətlər göstərmiş ermənilərə himayədarlıq etməklə biz etibarlı müttəfiq qazanmışıq”. Rusiya imperiyasının Cənubi Qafqazda təşkil etdiyi milli toqquşmalarla müşayiət edilən dağıdıcı müstəmləkə siyasətinin mahiyyətini I Dövlət Dumasının Yelizavetpol (Gəncə quberniyasından seçilmiş deputatı İsmayıl xan Ziyadxanov 12 iyun 1906-cı ildə keçirilən I çağırış I sessiyanın 25-ci iclasında 1906-cı il mayın 27-də İrəvanda tatarlarla (azərbaycanlılarla) ermənilər arasında baş vermiş toqquşmalar, əhalinin təhlükəsizliyinin təmin olunması tədbirləri barədə Nazirlər Şurası sədrinə verilən sorğuya dair müzakirələrdə iştirakı zamanı etdiyi çıxışında belə qiymətləndirirdi: “Biz müsəlmanlara onlar deyirdilər: siz iqtisadi cəhətdən erməniləri kölə vəziyyətinə salmısınız, onlar öz çarlığını yaratmaq istəyərək güclü silahlanırlar, bir gün görəcəksiniz ki, siz artıq yoxsunuz. Ermənilərə isə deyirdilər ki, panislamizm ideyası müsəlman cəmiyyətinin bütün təbəqələrinə dərin kök salmışdır və bir gün müsəlmanlar sizi tikə-tikə doğrayacaqlar. Fitnəkarlıq bu yolla gedirdi” İ.Ziyadxanovun Dövlət Dumasında etdiyi bu çıxışdan 118 il keçməsinə baxmayaraq, 1988-ci ildən bu günə qədər keçən dövrün hadisələrini analiz etdikdə İ.Ziyadxanovun nə qədər uzaqgörən və müdrik bir insan olduğunun şahidi olursan.

1915-ci ilin əvvəllərində İrandan Qafqaza köçürülən ermənilərin sayı barədə "Baku" qəzeti "Kavkazskoe slovo" qəzetinə istinadən yazırdı ki, :” çar Rusiyası işğal etdiyi Qacarlar dövlətinin ərazilərdən İrəvan quberniyasının ərazisinə köçürdüyü ermənilərin sayı 100-120 min nəfər olmuşdur ki, bu ermənilər əsasən İrəvan, Eçmiədzin, Sürməli, Aleksandropol, Naxçıvan və Yelizavetpol Quberniyasının dağlıq hissəsinə yerləşdirilmişlər”. Çar Rusiyası tərəfindən ermənilərin kütləvi surətdə İrəvan Quberniyasının ərazisinə yerləşdirilməsi və silahlı dəstələrin yaradılması sonradan ərazinin aborigen əhalisi olan azərbaycan türkləri üçün ağır nəticələrə səbəb oldu. Belə ki, 1905-1906-cı illərdə azərbaycan türklərinin bir hissəsi ermənilərin yaratdığı silahlı terror dəstələri tərəfindən kütləvi qətlə yetirildi. I Dünya müharibəsinin gedişində 1917-ci ildə çar Rusiyasını idarə edən Romanovlar sülaləsi devrildi. Aleksandr Kerenskinin başçılıq etdiyi müvəqqəti hökumət Türkiyənin ermənilər yaşayan ərazilərinə muxtariyyət verilməsi haqqında məsələni qaldıracaqlarını bildirdi. Bundan həvəslənən silahlı erməni terror dəstələri 1918-ci ilin mart ayında Azərbaycan ərazisində türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirdilər. Ermənilər bununla da kifayətlənməyib 1918-ci ilin may ayında İrəvan şəhəri mərkəz olmaqla İrəvan Quberniyası ərazisinin 9 min kvadrat kilometr ərazisində Ararat (Ermənistan) Respublikasının yaradıldığını elan etdilər. Sonradan SSSR yaradılarkən İrəvan Quberniyasının digər ərazilərini ( Dərələyəz, Qərbi Zəngəzur, Göyçə) Ararat (Ermənistan) Respublikasının ərazisinə daxil etməyə başladılar? bolşeviklərin hakimiyyətə gəlişi ilə və SSRİ-nin mövcudluğu dövründə buna nail ola bildilər, lakin, Türkiyə ərazisində nə muxtariyyət, nə də dövlət qurmaq niyyətlərini həyata keçirə bilmədilər.
Bəxtiyar HƏSƏNOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyun 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see176

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see147

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see137

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see133

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see129

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see127

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see124

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see120

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see118

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see117

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see116

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see115

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see114

Bazar gününün HAVASI

21 İyun 2025 14:17see114

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri