Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans... İlham Əliyev müraciət edib

Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans... İlham Əliyev müraciət edib

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Mia.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Mia.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.

Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıblar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilib.

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub.

Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.

Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.

Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.

Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək.

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Dekabr 2024 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see644

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see457

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see419

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see232

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see199

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see164

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see153

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see146

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see145

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see138

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see138

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see137

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see135

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see135

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see134

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see131

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see130

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri