Icma.az
close
up
RU
Qərbi Azərbaycandakı İslam alimləri haqqında araşdırma aparılıb

Qərbi Azərbaycandakı İslam alimləri haqqında araşdırma aparılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Hilal Ağamoğlanovun “İrəvanlı alimlər nəsli və sufi baxışları: Əbdülkərim İrəvaninin həyatı və mirası” adlı məqaləsi Türkiyə Cümhuriyyətinin ERİH PLUS elmi bazasına daxil olan nüfuzlu “Akademik Tarih ve Düşünce Dergisi”nin 12-ci (4) nömrəsində ingilis dilində dərc olunaraq beynəlxalq elmi ictimaiyyətə təqdim olunub.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib.

Məqalədə Qərbi Azərbaycandakı İslam alimlərinin bölgənin dini-ictimai həyatının formalaşmasındakı iştirakı araşdırılıb, bir irəvanlı alimlər nəslinə xüsusi diqqət ayrılıb. Bu ailə bölgənin dini, ictimai və mədəni tarixinin əhəmiyyətli bir parçasını meydana gətirən İslam alimlərindən formalaşıb. Nəsil 1720-ci ildə doğulan Mirzə Məhəmməd İrəvani ilə başlamış, oğlu Mirzə Əbul-Qasim İrəvani (1773), nəvəsi Mirzə Əbdülkərim İrəvani (H. 1220-1294 / M. 1806-1877) və sonrakı nəsillərlə davam edib, nəslin üzvlərinin əksəriyyəti də İslam alimləri olub.

Araşdırma Əbdülkərim İrəvaninin təsəvvüf düşüncəsinə sahib olduğunu göstərməkdədir. Xüsusilə Nemətullahi təriqəti şeyxləri olmaqla dövrünün öndə gələn sufi şəxsiyyətləri ilə olan əlaqəsi, dərvişlərə göstərdiyi hörmət və əhəmiyyətli sufilərin dəfn edildiyi “Mollabaşı” türbəsini tikdirməsi bu nəticəni dəstəkləməkdədir.

Həmçinin məqalədə onun sələf və xələflərinin fəaliyyətləri nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see235

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri