Qərbi Azərbaycandakı qardaşlarımız öz torpaqlarına qaytarılmalıdır Şamil Ayrım
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. Başda Qarabağ Zəfəri olmaqla hər bir sahədə bu həmrəyliyi görmək mümkündür. Sabah Xankəndini, Xocalını görəcəyik. Orada ermənilərin törətdiyi qətliamın qurbanlarının xatirəsini yad edəcəyik və bunları heç vaxt yaddan çıxarmayacağıq. Eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə tanış olacağıq. Ermənilər tərəfindən minalanmış ərazilər artıq təmizlənir.
Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
“Qərbi Azərbaycandakı qardaşlarımız 1988-ci ildə öz evlərindən qovulublar. Bu vətəndaşlar beynəlxalq qanunvericiliklə öz torpaqlarına qaytarılmalıdır. Bəs dünyanın ədaləti haradadır? Ona görə biz deyirik ki, dünya 5-dən böyükdür. Azərbaycan “sülhü təmin edək” deyir, bundan gözəl nəsə ola bilərmi? Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ermənilərdə narahatlıq doğurmamalıdır”, - deyə Şamil Ayrım diqqətə çatdırıb. /Modern.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 07 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















