Icma.az
close
up
RU
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib

Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Oktyabrın 14-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxanasında tədbir təşkil olunub.
Reyting.az
xəbər verir ki, tədbirdə layihə çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabın təqdimatı olub.
Layihə rəhbəri və kitabın müəllifi Səməd Vəkilov deyib ki, nəşrdə 1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyanın tarixi və hüquqi tərəfləri təhlil olunur.
Deportasiyaya məruz qalmış insanların Salyan rayonun Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolüstü və digər kəndlərdə məskunlaşdırılması, ağır həyat şəraiti, insan talelərinə təsir edən hadisələr, şəxsi hekayələr və bioqrafik məlumatlara kitabda geniş yer ayrılıb.
Tədbirdə yerli ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxışlarda Qərbi azərbaycanlıların deportasiyasının tarixi ədalətsizliyinə diqqət çəkilib, bu mövzuda elmi araşdırmaların və maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Salyan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva tədbirin məhz Salyanda keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını vurğulayaraq, bu cür təşəbbüslərin tarixi yaddaşın qorunmasına və cəmiyyətin maarifləndirilməsinə xidmət etdiyini qeyd edib.
Tədqiqatçı tarixçi Sahib Həsənov deportasiyanın tarixi aspektlərinə toxunaraq, hadisələrin həmin dövrün sosial-siyasi konteksti ilə əlaqəsindən söz açıb.
Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova Qərbi Azərbaycanla bağlı maarifləndirici layihələrin gənc nəsildə milli dəyərlərə və Vətən sevgisinə marağı artırdığını bildirib.
Salyan rayonunun axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Hüsnü Həsənov Dərələyəz mahalı ilə bağlı xatirələrini bölüşüb.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan üzrə nümayəndəsi Şamxal Əhmədov nəşr olunan kitaba görə müəllifə öz təşəkürunu bildirib.
Həkim Afət Ələkbərov xatirələrini bölüşüb.
Behbud Feyruz oğlu Əhmədov Qərbi Azərbaycanla bağlı uşaqlıq xatirələrini, AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimov isə professor Həsən Mirzəyev haqqında fikirlərini ifadə edib.
Şair Nurlan Fərzəliyev də Qərbi Azərbaycandan olan ziyalı kimi öz düşüncələrini bölüşüb.
Qeyd edək ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii Ehtiyatlar Komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktoru dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorları Cəsarət Hüseynzadə və Telman İbrahimov, rəyçiləri isə ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova və həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri