Qərbi Nil virusu sürətlə yayılır: 12 ölkədə yoluxma
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropada ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları artıb.
Lent.az Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) istinadən xəbər verir ki, avqustun 21-dək 12 Avropa ölkəsində yerli yoluxma nəticəsində ümumilikdə 625 Qərbi Nil virusu faktı qeydə alınıb. Virus artıq Avropanın 99 bölgəsində aşkarlanıb.
Yoluxma halları Albaniya, Avstriya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Kosovo, Niderland, Şimali Makedoniya, Rumıniya, Serbiya və İspaniyada qeydə alınıb.
Ən çox yoluxma İtaliyada aşkarlanıb - 311 nəfər. Yunanıstanda 157, İspaniyada 63, Şimali Makedoniyada 37, Rumıniyada 28, Fransada 17, Serbiyada 6, Niderlandda 2 nəfərin virusa yoluxduğu bildirilib. Albaniya, Avstriya, Almaniya və Kosovoda isə bir nəfərdə virus müəyyən edilib.
ECDC-nin məlumatına görə, son hesabat həftəsində 21 bölgə 2026-cı il mövsümündə ilk dəfə virusun yayıldığı ərazilər siyahısına daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə virusun yayıldığı ərazilərin sayı da artıb.
Mütəxəssislər Avropa ölkələrini ağcaqanadlara qarşı mübarizəni gücləndirməyə çağırıblar. ECDC bildirir ki, virusun yayılmasının genişlənməsi və invaziv ağcaqanad növlərinin Avropada daha çox əraziyə yayılması nəzarət tədbirlərinin gücləndirilməsini zəruri edir.
Qərbi Nil virusu əsasən “Culex” cinsinə aid ağcaqanadların dişləməsi ilə yayılır. Yoluxanların bir hissəsində xəstəlik yüngül və qripəbənzər əlamətlərlə keçsə də, ağır hallarda yüksək hərarət, titrəmə, meningit, ensefalit və koma yarana bilər.
Avropada yoluxmalar əsasən yazın sonundan payıza qədər qeydə alınır, virusun yayılmasının pik dövrü isə iyul-sentyabr aylarına təsadüf edir.
Hazırda Qərbi Nil virusuna qarşı insanlar üçün təsdiqlənmiş vaksin və xüsusi müalicə üsulu yoxdur. Ağır xəstələrə simptomların aradan qaldırılmasına və orqanizmin dəstəklənməsinə yönəlmiş tibbi yardım göstərilir.
Bununla yanaşı, denge və çikungunya viruslarını daşıya bilən Asiya pələng ağcaqanadının “Aedes albopictus” artıq 16 Avropa ölkəsində məskunlaşdığı bildirilir. Bu göstərici 12 il əvvəlki səviyyədən iki dəfə çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















