Icma.az
close
up
RU
Qərbin Azərbaycanda rəngli inqilab ssenarisi: Xaricdən ötürülən pulların pərdəarxası detalları

Qərbin Azərbaycanda rəngli inqilab ssenarisi: Xaricdən ötürülən pulların pərdəarxası detalları

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Məlum olduğu kimi, Meydan TV ilə əməkdaşlıq edən Ramin Cəbrayılzadə (Ramin Deko) saxlanılıb. Saxlanma səbəbi kimi onun ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi əsas gətirilib. Ramin Deko ilə yanaşı, sosial şəbəkədə yaxınları, eyni zamanda Meydan TV-nin digər əməkdaşları – Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva və Aytac Tapdığın da saxlanıldığını bildirib.

İlk olaraq onu deyim ki, hadisə sonrası mütəşəkkil və sistematik formada bəzi media resursları (Qərbdən maliyyələşən) və sosial şəbəkə istifadəçiləri (trollar) hadisəni məqsədyönlü şəkildə fərqli təqdim etməyə çalışır. Daha dəqiq desək hadisəni ölkədə “jurnalist həbsləri”, “insan haqlarının” pozulması kimi təqdim edilməyə çalışılır. Reallıq budur ki, DİN-in rəsmi məlumatı var və saxlanılan şəxslərin saxlanma səbəbinin ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi olduğu deyilir. Bütün hallarda araşdırmalar davam edir və hüquqi qiymət veriləcək. Lakin həqiqətən, bu kimi məsələlərdə tragikomik hal yaranıb.

Sanki müəyyən vaxtlarda müəyyən dairələrdən ölkədəki funksionerlərə təlimat gəlir və bəzi özünü jurnalist adlandıran, əslində isə konkret qüvvələrə xidmət edən şəxslər həbs olunmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Qəribə səslənsə də vəziyyət belədir. Ramin Cəbrayılzadənin etdiyi də məqsədyönlü şəkildə özü-özünü həbs etdirməkdən başqa bir şey deyil.

Ölkəyə külli miqdarda xarici valyuta gətirmək qanunsuz bir əməldir və bu əməlinin dünyanın hər yerində bu və ya başqa formada cəzası var. Bunu bilə-bilə kimsə edirsə, demək, ya özünü həbs etdirmək istəyir, ya da o pulu konkret ünvanlara cəlb etmək istəyir.

Əslində prosesi tam anlamaq üçün uzağa yox, qonşu Gürcüstana baxmaq lazımdır. Çünki bu gün Ramin Cəbrayılzadə və digər kiçik pionlar üzərindən edilən oyunun yekun nəticəsi Gürcüstanda yaşanır. Qərb Gürcüstanda keçirilən seçkilərin nəticələri ilə barışmır və günlərdir bu ölkədə aksiyalar keçirilir. Aksiyaların arxasında Qərbin olması artıq heç kəsə sirr deyil. Aksiyaların səbəbi daha çox Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması və qrantlardan imtina etməsi göstərilsə də proseslərin Qərbdən idarə edildiyi bəllidir. Təəssüf ki, baş verən aksiyalar xalqın iradəsi kimi təqdim edilir. Etirazçıların əllərində tutduğu Aİ bayraqları prosesin iç üzünü açıb göstərir.

Gürcüstanda baş verən aksiyalar prinsip etibarilə 2004 və 2014-cü illərdə də Ukraynada baş verən olayları xatırladır. Hansı ki, həmin illərdə də Qərbdən təlimat alan qüvvələr ölkənin milli maraqlarını bir kənara qoyub hakimiyyət dəyişikliyinə nail oldular. Təbii ki, bunun fəsadları Ukrayna üçün çox ağır oldu.

Qərb Cənubi Qafqazda xüsusilə də Gürcüstan və Ermənistanda rəngli inqilab ssenarisini rahatlıqla edə bilir. Azərbaycanda isə bunu edə bilmir. Belə ki, rəsmi Bakı çox ağıllı siyasət yürüdərək Qərb QHT-lərinin əl-ayağını, onların qanunsuz maliyyə mənbələrini kəsdi. Bu gün də Feministlər, LGBT-çilər, novarçılar, Qərbdən maliyyələşən qeyri-legitim media və digər təsir qrupları üzərindən bu proses edilməyə çalışılır. Ramin Cəbrayılzadə və bu qəbildən olan insanlar Qərbin rəngli inqilab ssenarisinin ayrı-ayrı komponentlərindədir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin COP29 zamanı “Azadlıq Radiosu”nun jurnalistinə dediyi kimi, “kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq demək deyil”.

Popülizm heç bir qanun pozuntusunu leqallaşdırmır.

Turan Rzayev 

Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri