Icma.az
close
up
RU
“QƏRBİN KUKLASI” İLƏ GÖRÜŞ... Putin Zelenski ilə görüşərək öz “sözünü yeyəcəkmi”?

“QƏRBİN KUKLASI” İLƏ GÖRÜŞ... Putin Zelenski ilə görüşərək öz “sözünü yeyəcəkmi”?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Putin-Zelenski görüşü ətrafında xeyli spekulyasiyalara, hətta dünya liderlərinin bu görüşün baş tutacağına dair birmənalı bəyantlarına baxmayaraq, onun keçirilməsinə skeptik yanaşanlar da olduqca çoxdur. Özü də bu yanaşma olduqca məntiqli və əsaslandırılmış arqumentlərə söykənir.

Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə o qədər nifrət edir ki, demək olar, heç vaxt onun soyadını belə dilinə gətirmir. Xüsusilə, Kreml Ukrayna Prezidentinin qeyri-legitim lider olduğunu iddia edir və rus təbliğatçıları onu “təlxək” adlandırırlar. Bunu “The New York Times”(NYT) nəşri də xüsusi qeyd edib.

Doğrudan da, Kreml təbliğatı, şəxsən Putinin özü Zelenski və onun hakimiyyəti haqqında nələr deməyib, hansı təhqir və aşağılayıcı ifadələrə yer verməyib. Və bütün bunlardan sonra onunla görüşmək kriminala və küçə jarqonuna meylli Rusiya cəmiyyətinin əksər hissəsi tərəfindən bir növ “öz sözünü yemək” kimi qəbul edilə bilər…

Bununla belə, ABŞ Prezidenti Donald Tramp Rusiyanın başladığı müharibəyə son qoymaq üçün Putin və Zelenskinin üz-üzə görüşməsinə nail olduğunu bildirir. Amerika liderinin sözlərinə görə, artıq bu danışıqlara “hazırlıq başlayıb”. Lakin maraqlıdır ki, Rusiya tərəfi hələ də buna dair rəsmi açıqlama verməyib…

Buna görə də indi sual yaranır: Rusiya və Ukrayna başçıları danışıqlar masası arxasına əyləşəcəklərmi?

Məsələn, NYT qeyd edir ki, Putin üçün belə bir görüş yalnız Zelenskinin kapitulyasiya şərtlərini qəbul edəcəyi halda mümkündür. Bunun üçünsə Trampın Zelenskini Rusiyanın şərtləri ilə razılaşmağa məcbur etməsi lazımdır. Bu halda Putin Zelenski ilə görüşü öz auditoriyasına “qələbənin rəsmiləşdirilməsi” kimi təqdim edə bilər. Lakin son Vaşinqton görüşündə Trampın Zelenskini kapitulyasiyaya məcbur etməsinə dair, ən azı üzdə, hər hansı əlamət müşahidə olunmadı.

Eyni zamanda, bu cür danışıqlar Putin üçün siyasi risklər daşıya bilər. Çünki Kreml Zelenskinin Rusiya başçısı ilə görüşə “layiq olmadığını” dəfələrlə açıq şəkildə bəyan edib.

Lakin, məsələn, Rusiya “ura-patriot”larından və qatı şovinistlərdən biri olan deputat Konstantin Zatulin hesab edir ki, Putin Zelenski ilə görüşməlidir və bu, Ukrayna üçün güzəşt, həmçinin Tramp üçün müsbət jest ola bilər: "Bu, kompromis olacaq. Rusiya Prezident Trampın sülh səylərini dəstəkləmək üçün Zelenski ilə bağlı deyilənlərdən imtina edəcək".

Zatulin deyib ki, bəzi Rusiya rəsmiləri Putinin Zelenski ilə görüşünə qarşıdır, çünki “Rusiya hər yerdə Zelenskinin qeyri-legitimliyindən danışır”. Bununla belə, deputat hesab edir ki, Ukrayna Prezidenti ilə danışıqları nəzərdən keçirmək lazımdır, “çünki stavkalar çox yüksəkdir”. Zatulin hesab edir ki, Kreml artıq “Trampa danışıqlara hazır olduğunu nümayiş etdirmək” üçün Zelenski ilə görüş imkanını nəzərdən keçirir.

Eyni zamanda əksər analitiklər bildirirlər ki, Putinin görüşə razılıq verməsini təsəvvür etmək çətindir.

“Mən sadəcə olaraq yaxın günlərdə, hətta yaxın gələcəkdə belə bir görüşün təşkili üçün heç bir perspektiv görmürəm”, - deyə politoloq Qriqori Qolosov bildirib.

Onun sözlərinə görə, Putin Zelenski ilə o zaman görüşəcək ki, “ona aydın olsun ki, bu görüş Ukraynanın təslim olması, Zelenskinin öz məğlubiyyətini etiraf etməsi üçün zəruridir”.

NYT isə xatırladıb ki, Tramp və Zelenski arasında Ağ Evdəki görüşdən sonra Rusiya dövlət televiziyası Rusiya və Ukrayna prezidentləri arasında mümkün danışıqları demək olar ki, müzakirə etməyib. Əksinə, Kreml təbliğatçıları Zelenskinin Vaşinqtondakı davranışlarını lağa qoymaqla məşğul olub, onu aşağılamağa çalışıblar. Bununla belə, analitiklər, Putin belə bir görüşün keçirilməsinə qərar verərsə, təbliğatçıların öz ritorikasını tez dəyişəcəyini proqnozlaşdırırlar.

"Təbliğat aparatı güman edir ki, cəmiyyət danışıqların və hərbi əməliyyatların istənilən nəticəsini qəbul etməyə hazırdır. Cəmiyyət burada böyük məhdudlaşdırıcı amil deyil. O, artıq çox şeylərə öyrəşib", - Rusiya politoloqu Mixail Vinoqradov bildirib.

Qeyd edək ki, daha əvvəl CNN Putinin nə indi, nə də gələcəkdə Zelenski ilə görüşməyə hazır olmadığını bildirmişdi. Analitiklərin fikrincə, Kreml üçün Zelenski ilə görüş Ukrayna Prezidentini Rusiya təbliğatının illərdir “Qərbin kuklası” kimi qələmə verdiyi liderin qanuniliyini tanıması demək olardı.

Ancaq ümumilikdə son günlər hadisələr və vəziyyət o qədər dinamik şəkildə dəyişir ki, hadisələrin istənilən dönüşünü istisna etmək olmaz. Odur ki, bir gün Putin-Zelenski görüşünün vaxtı və yeri elan oluna bilər. Ancaq bu görüşün hansı nəticə verəcəyi və ümumiyyətlə, hər hansı bir nəticə verib-verməyəcəyi daha önəmlidir, nəinki onun baş tutması faktının özü…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri